Subdomaini ipyə yönləndirilib, ancaq adres yerində subdomain görsənmir, ip görsənir

subdomaini dns a record ilə ipyə yönləndirmişəm.İşləyir ancaq adress yerində ip görsənir. Mən istəyirəm ki subdomain görsənsin. Bunu necə edim?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Software Developer (2020-02-22 19:24:19)
xeyr. bu sualı verirsinizsə, demək ki, bunu siz etməmisiniz və edən adam düzəltməlidir.

Devolper (2020-02-22 19:11:06)
hosts faylı hansı papqada olur. fayla hansı hissəyə əlavə olunmalıdı? Mən əlavə edə bilərəm onu?

Software Developer (2020-02-22 18:55:35)
Demək ki müəssisə daxilində hosts faylı var və daxili şəbəkədə o İP external DNS-ə bağlanmır, daxili şəbəkənin hosts-undan götürür. Şəbəkə administrtorluğuna cavabdeh şəxs kimdirsə, ona izah edin, hosts-a əlavə eləsin bu subdomeni

Devolper (2020-02-22 18:42:07)
Sever olan müəssisəni 1 ip adresi var və serverə qoşulu komputerlərdə subdomain yazıb daxil olmaq istədikdə This site cant be reached yazılır. Vpn ilə ip dəyişdikdə daxil olur sayta.

Software Developer (2020-02-22 18:09:03)
serverə bağlı komputerlərdən girmək olmur - təəssüf ki belə təsvirlərə qarşı heç bir kömək etmək mümkün deyil. problemi təsvir etmək lazımdır. Yəni niyə olmur, hansı səhv çıxır, loglar nə deyir və.s.

Devolper (2020-02-21 15:10:04)
Çoxsağolun. config.php fayından düzəltdim. Serverdəki sayta kənardan girə bilirəm. Ancaq serverə bağlı komputerlərdən girmək olmur. Gərək vpn istifadə edim ki sayta girim. Serverə bağlı komputerlərdən də girmək üçün nə edim?

Software Developer (2020-02-21 11:15:11)
Bu veb saytın configuration-na aid məsələdir. Məsələn wordpress-dirsə, settings-dən girib ip-ni subdomainlə dəyişmək lazımdır. və ya birbaşa database-dən wp_options table-da 2 yerdə var saytın ünvanı, onları da dəyişmək olar asanlıqla.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ip adres barədə sual

Opendns.com xidməti ilə saytların bloklanması

hetzerdәn server almaq istәyirem.

support.google.com ve diger google subdomainleri error verir

Icloud deyismek, ip adresi haqqinda.

Google Map-da Koordinatların qeyri-dəqiqliyi