Voen haqqinda

Salam, Bir sualım var. Gelir vergisi ilə sadelesdirilmis vergi arasinda nə ferq var? Meselen məndə sade elan saytidir. ödəniş qurmaq istəyirəm Ya Millilart ya Portmanat.insAllah. Sadece məndə gəlir vergisi qeyd edilib.Onu deyisib sadelesdirilmis edə bilərəm? muraciet esasinda. ya bu tip isler gəlir vergisine aiddir?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

sadiq.ziyadov (2020-02-24 09:41:21)
Anladim Elvin bəy,Təşəkkür edirəm

E. Hacı (2020-02-24 00:44:54)
Gəliriniz əhalidəndirsə, sadələşmiş vergi şansınız var. Gəlirinizin bir qəpiyi belə qeyri əhalidəndirsə(yəni sizə hansısa ödənişi bir fiziki şəxsli sahibkar və ya hüquqi şəxs olan şirkət edirsə), o halda sadələşmiş vergi şansınız yoxdur. Rahatı elə gəlir vergisidir. Çünki sadələşmiş etsəniz, onda biznesiniz artdıqca hər dəfə hardansa pul lazım olanda bunu edə bilməyəcəksiz ki, məndə sadələşmişdir, mən ancaq əhalidən pul qəbul edə bilirəm. Əgər əhaliyə xidmət etsəniz, Millikartdan filandan gələn ödəniş şirkət ödənişi sayılmayacaq, çünki onlar prosessinq mərkəzidirlər, pulu sizə onlar köçürsə də, ödənişi edən onlar sayılmır. Yenə də, məsləhətdir ki, bir hüquqşunas və ya mühasib ilə məsləhətləşəsiniz və sırf planlarınız, biznesinizin tipi üzərində məsləhlətləşmə edəsiniz ki, sadələşmiş sonra sizə problem yaradarmı yaratmazmı deyə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Payonner 2024 ilə bağlı sual

VÖEN olmadan Adsensedən pulu necə köçürüm?

Fiziki şəxs üçün DSMF-nin B3 hesabatı

VOEN kart hansı Bankda açmaq sərfəlidir.

Şirkət Açmaq Vergi

Hüquqi şəxsin ləğvi prosesi