sayt yaratmaq

özüm öz saytımı yaratmaq istəsəm, bunun üçün hansı dilləri öyrənməliyəm? nə etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Şükür Hüseynov (2020-03-11 09:41:01)
Proqramlaşdırma dili bilmədən də sayt yaratmaq mümkündür. Məsələn, Wix.com, Blogger.com kimi saytlar sizə bu imkanı verir. Ancaq, bu kimi saytlarda imkanlar məhdud ola bilər. Əlavə olaraq, Wordpress vasitəsilə də kod yazmadan bir çox funksiyaları olan sayt hazırlamağınız mümkündür. Özünüz tam istədiyiniz kimi sayt hazırlamaq istəyirsinizsə bir sıra dilləri bilməlisiniz. İlk olaraq Html və Css bilmək lazımdır. Html və Css ilə sırf məlumat xarakterli bir sayt hazırlamağınız mümkündür. Javascript də öyrənsəniz ora dinamiklik də qata bilərsiniz. Ancaq, Html və Css ilə görünüş tərəfini yığacağınız saytdakı məlumatları daima yeniləmək istəyirsinizsə, oraya xəbər paylaşmaq, istifadəçi qeydiyyatı kimi funksiyalar da əlavə etmək istəyirsinizsə bu zaman Php və ya ona oxşar dillərdən birini bilməlisiniz.

ppkerty (2020-03-04 01:15:12)
html ilə başla sonra keç css php javascript pyton və heçbir kod bilmədən sayt yığmaq istəsən wordpress ilə məşqul ol

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Məşhur Proqramlar Saatlardan Errorsuz Necə İşləyir?

Sayt açmaq

Proqramist olmaq üçün hansı ixtisası seçim?

Python üçün kitaba ehtiyacım var.