Maaş kartımdan pul oğurlanır

googledən mesaj gəldi , 3 suala cavab verə biləcəmsə cəmi 1 dollara 1000 manata yaxın dəyəri olan mobil telefon udacaqdım, həvəsləndim sualları doğru cavablandırdım, alqıslarla mənə kartımın nömrəsini yazdırdılar 1 dollar ödəniş ücün, dedim nə yaxçı 2 manata və 3 suala doğru cavabımla bahalı telefon əldə edəcəm, amma ne yazıq ki hələ də bu günə qədər kartımdan pul çxılır 50- 60 dollar arası pulum artıq oğurlanıb və hələ də davam edilir, nətiçədə həm pulum oğurlanır, həm də telefonum gəlmədi, məndən çıxılan pulumu geri necə qaytara bilərəm və ə kime sikayət edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

nikolaybarenov (2022-02-21 17:06:45)
hesab ele ki 50-60 dollara yaxsi bir heyat dersi seminari almisan

Audi (2020-03-15 13:35:38)
Azerpoctdan da guya bele bir saxta mesaj gelib bir nefere. Hemin meblegde pul cixib. Men o pulu geri qaytara bildim. Menimle elaqe saxlayin belke komek ede bildim. Kartinizi hele bolk etmeyin.

Ramazan (2020-03-14 23:31:13)
Google pula pul deməsədə o heç vaxt sənə hədiyə verməz Googleyə aid sistemdə boşluq tapsan sənə hədiyə verərə

NONANE (2020-03-14 20:11:18)
Men ele bilirdim bu cur seylere inanan yoxdur )))

E. Hacı (2020-03-14 13:59:09)
1. Google-dan sizə elə bir mesaj gəlməyib və bunun Google ilə heç bir əlaqəsi yoxdur. 2. Gələn mesaj Google-dan yox dələduz-spammerlərdən gəlib. Bu spammerlər mobil operator, internet provider, məşhur şirkət və.s. adından çıxış edə bilərlər. 3. Kartınızı təcili bloklaşdırın (app ilə mümkündür etmək) və banka gedib yeni kart sifariş edin. 4. Yeni kartınızda 3Dsecure aktivləşdirin ki, sms təsdiq olmadan heç bir pul çıxılması olmasın. Bir çox banklarda bu avtomatik aktiv olur, görünür sizin bankda avtomatik qoşulmayıb, özünüz qoşmalısınız. 5. Bankda yeni kart əldə edərkən oğurluq məbləğləri ilə bağlı şikayət yazın, bank 1-2 həftə ərzində baxacaq. 99% ehtimalla pulu geri qaytarmaq olmur, sadəcə bəzi banklar özləri qarşılayırlar bu zərəri. Yəni özlərindən ödəyirlər sizə bu oğurlanan məbləği, ki müştəri narazı qalmasın. Amma bu da az hallarda olur, bir çox hallarda bank araşdırır və deyir ki, bizlik deyil, özünüz könüllü vermisiniz kartın məlumatlarını dələduzlara, ona görə də biz heç nə edə bilmərik. - ki belə desələr haqsız olmazlar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İnternetdə iş istiyirəm

internet üzərindən xarici banka depozit qoymaq mümkündür?

Mobil telefonun qeydiyyatında məhdudiyyət.

Saytin mobil(vap) versiyası

Chromebook almaq məsləhətdirmi ?

google chrome adobe flash təzələnmir