C++ da məsələ.

C++ da ədədin rəqəmlərinin sayını necə tapa bilərik?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

ahmed (2020-03-17 09:49:17)
Salam. Əvvəlcə bu sualı nəzərdən keçirin. Mən başqa yol ilə izah etməyə çalışım. Gəlin məntiqi başa düşməyə çalışaq: Əgər ədəd 10-dan kiçikdirsə (ədədin müsbət olduğun qəbul edirik) , onda rəqəmlərin sayı 1-dir. Əgər 10-dan böyük bərabər, 100-dən kiçikdirsə onda 2. v.s. bu qaydada davam edir. İndi qalır bu məntiqi koda çevirmək. Bunun üçün bir dəyişən elan edib 1-ə mənimsədək və dövrə daxil olub dəyişənin qiymətin verilmiş ədədin qiyməti ilə müqaisə edək. Bir-ə mənimsətdiyimiz dəyişəni hər dəf 10-a vururuq. Bu zaman həmin dəyişən dövr hər dəfə təkrar olunduqca müvafiq olaraq 10, 100, 1000 v.s. qiymətlər alar. Başqa bir dəyişən elan edib 0-ra mənimsədirik və dövr daxilində hər dəfə qiymətin bir vahid artırırıq. Dövrün başa çatma şərti hər-dəfə 10-a vurduğumuz dəyişənin qiymətinin verilmiş ədədin qiymətini aşmasını götürürük. Başqa bir yol da var. Verilmiş ədədi nisbətdə 0 alınana qədər davamlı olaraq 10-a bölürük və hər dəfə ədədlərin sayını yadda saxlamaq üçün elan etdiymiz dəyişənin qiymətin 1 vahid artırırıq.