“Cercive” c++ kod

Verilmiş natural n ədədi üçün ulduzlardan ibarət ölçüləri 3 * n olan, nümunədə göstərildiyi kimi, boşluqlarla doldurulmuş horizontal düzbucaqlını verin. Giriş verilənləri Yeganə natural n (1 < n ≤ 100) ədədi. Çıxış verilənləri Ölçüləri 3 * n olan horizontal düzbucaqlını verin. Giriş verilənləri #1 5 Çıxış verilənləri #1 ***** * * *****

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

ahmed (2020-03-19 09:20:04)
Əslində düzbucaqlinin ölçüsünü 3*n yerinə 3xn kimi ifadə etmək daha düzgün olardı, yəni tərəflərindən biri 3, digəri isə n. Tərəflərdən birinin uzunluğu 3 olduğuna görə n uzunluğunda yuxarı, orta və aşağı hissəni çəkmək lazımdır. Yuxarı və aşağı hissələr eyni cür çəkilir, yalnız orta hissədə n-in qiymətindən asılı olaraq arada boşluqlar ola bilər(n >= 3 qiymətləri üçün). Keçək tərəflərin çəkilməyinə. Yuxarı və aşağı hissə sadə bir dövr operatoru ilə tələb olunan sayda ulduz simvolunu ekranda çıxararaq çəkilir. Orta hissədə isə əvvəlcə ilk simvol çəkilir, sonra n-2 sayda boşluq və sonda yenidən ulduz simvolu çəkilir. [code]//yuxarı tərəfi çək ... //orta hissəni çək ... //aşağı tərəfi çək ...[/code] Qeyd eliyim ki, əgər tərəflərdən birinin uzunluğu 3-dən çox olsaydı onda orta hissəni həmin tərəfin uzunluğu - 2 dəfə təkrar etmək lazım gələrdi.