Xəbər saytı yaratmaq

Salam herkese.Mən uzun muddetdir bir xeber sayti yaratmaq fikrindeyem bunun üçün bir necə sayt hazirlanan tecrubeli sirketlere muraciet etmisem və bir necə yerde texmini eyni qiymetler esitmisem yəni 1000.3000 arası.Yəni həqiqetenmi bu saytlarin hazirlanma qiymeti bu qədər bahadi? Bes mən ozum hazirlamaga baslasam nə qədər xercim cixar və ən esasda hansı program dillerini bilmeliyem.Önceden təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Web Saytlar Yaradılması (2022-12-14 16:24:56)
Salam. İndi sayt hazırlamaq çox asandı, xəbər saytı hazırlamaq da eyni. Ən asan yolu WordPress-dəki hazır şablonlardan biri ilə qurmaqdı. Özünüz də qura bilərsiz, çünki orda ən çətin iş WordPress yükləməkdirsə, onu hostinq şirkətləri özləri edirlər: https://hostinq1.com/shared-services/application-installer/wordpress/ Temanı (şablonu) quraşdırmaq çox asandı - WP-i ayarlar bölməsindən Azərbaycan dilinə çevirəndən sonra Görünüş-Temalar bölməsindən pulsuz temaların birini yükləyirsiz və başlayırsız saytı bəzəməyə. Temaların çoxu hazır quruluşlar, ilkin kontent də verir, misal üçün, ColorNews (belə temalar sonsuz saydadır - 1-1 yükləyib bəyəndiynizi, yəni qura bildiyinizi tapana qədər axtara bilərsiz): Loqo qoyun, bölmələr açın və xəbərlər yerləşdirin. Əsas məsələ saytın uğurlu olub-olmayacağıdır. Çünki 1 nəfər 1-2 il çalışmaqla çətin ki, uğurlu sayt yarada bilsin. Burda programçı, dizayner və rəssamdan başqa güclü marketoloq(lar) da lazımdır. Bundan başqa əgər sizin özünüzün istehsal etdiyiniz xəbərlər yoxdursa, o zaman programçı/dizayner/fotoqraf və marketoloqlar güclü yox, 2 dəfə güclü olmalıdırlar.

Şükür Hüseynov (2020-03-19 11:19:54)
Salam Əslində qiymət bir çox şeydən asılıdı. Məsələn, mən hazır dizayn üzərində php ilə sadə xəbər saytını 500-600-ə falan hazırlayıram. Yəni sadəcə bir admin panel olur oradan xəbərləri sayta göndərirsiz. 2-3 min baha gəlir mənə bir xəbər saytı üçün amma yenə də funksiyalarına baxır. Bəlkə dizaynı da sıfırdan yığılar bəlkə funksiyalarını çox edirlər. Özünüz yığsanız Ən azı Html, Css və Php bilməlisiniz. Ən azı dizayn hazır tapsanız Html və Php.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Veb sayt üçün müxtəlif dizayn tətbiqi

Zəngimcell saytı qurmaq

mp3 saytı açsam tutar?

Sayt açılmır

Sayt hazırlanma qiyməti

Saytda sorğunun işləməsi