Serverdəki saytın səhifələri gec açılır

serverə moodle yükləmişəm və saytda 2500 istifadəçi var? Saytda səhifələr çox gec açılır. Serverdə 8GB ram var və maksimum 40%i işlənir. İnternet sürəti download 20, upload 50di. Saytın yavaşlamağının səbəbi nə ola bilər?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Devolper (2020-03-24 11:09:10)
əvvəl belə deyildi.İstifadəçi sayı artdıqdan sonra belə oldu. Hər istifadəçi üçün ayrı səhifə var. Bəzən səhifədə cache error çıxır. Bunu necə düzəldə bilərəm. Cloudflare istifadə edəcəm.

Software Developer (2020-03-24 10:40:03)
Bu təəssüf ki asan müəyyən edilən şey deyil. Çoxlu faktorlar var. 1. Ram-dan daha önəmlisi CPU-dur, ssh ilə CPU usage canlı izləyin görün neçə faiz dolur. 2. Web serverin ayarlarına baxmaq lazimdir. Məsələn apachetuner pl yazin google-da, run edin serverdə, ekrana çıxaracaq bəzi məsləhətlər. 3. Mysql varsa onu da mysql pl tuner yazıb google-da, tapın Perl skripti ilə kiçik monitor edin. O da məsləhət çıxaracaq. Qısaca desək, ləngimə adətən webserver və ya mysqlin sorğulara bir bir cavab verərkən çatdırmmamasi və ləngiməsinə götür olur. Digər səbəb trafikdeki tixac ola bilər. Serveri trafik kanalları yetərincə güclü olmalıdır, indiki zamanda bu adətən 100mbit-1gbit arası olur normalda. Daha bir səbəb keepalive mode olmaması və statik fayllara görə sorğuların çoxluğu ola bilər. Bu da tıxaca sebeb olur. Cloudflare və ya basqa cdn istifadə etseniz məhz bu problem həll olar. Və ən nəhayət, scriptde problem ola bilər. Qəşəng Profiler script qurub run edib analiz edə bilərsiniz scriptinizin hər bir nöqtəsinə qədər ki əsas sərfiyyatı hansı edir ləngimə hansı script səbəbindən olur. Bonus - hər şey ideal olsa belə, cache da istifadə edilməlidir. Page cache, database cache, object cache , opcache, və.s. hansına imkan varsa. Opcache hər bir halda lazımdır. Səhifələr individualdirsa hər user ucun , db ve object cache daha önəmlidir. Yox əgər xəbər tipli saytdirsa, page cache önəmlidir. Object cache üçün redis yaxşıdır. Bəzi hallarda isə obyekt cache ucun diskde cache etmek de yarayır işə ( yeni obyektləri adicə diskdə store etmek temp papkada. Amma bu halda da disk gərək ssd ola ki sürətli işləsin). Redis isə diskdə yox, ram-da saxlayır obyektləri. Ona görə də daha sürətlidir, amma güclü ram yeyir, sizdə 8gbdir deyə bu sərf etməz sizə yəqin ki.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytın serverdə yerinin dəyişdirilməsi

Server eyni anda necə istifadəçi qəbul edə bilər?

Serverlər Haqqında Ümumi Suallar

Socket.io adi Hostingdə işləyər ?

FAILtoBAN haqda məsləhət lazımdır

Server otağı