Google Adsense Azərbaycan

Hərkəsin bilidiyi kimi Azərbaycanda Google Adsense işləmir və banner yerləri boş qalır. Lakin bugün milli.az saytında Google Adsense reklamlarını gördüm. Səhifəni yenilədim ki, bəlkə təsadüfi olub amma yenədə reklamlar görünürdü. Bu haqqda kimin necə etdikləri məlumatı var?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

korsan (2021-04-25 09:24:43)
Bəli, dediyiniz hal mümkündür. Mən google-un özünə yazmışam bu barədə. Amma qısaca desəm, məni yola veriblər.... Deyiblər ki, ola bilməz, varsa da o saytlar blok olunacaq. Çünki qaydalara ziddir. Amma faktiki olaraq saytlar işliyir, reklam da yerləşdirilib. Onda belə nəticəyə gəlmək olar ki, bu google-un özünə sərf edir. Çünki az-dilli reklam verənlərin reklamlarını hardasa yerləşdirməlidir axı... Özü öz qaydalarına zidd gedir qazanc naminə... O saytların reklamı necə yerləşdirdiyinə gəldikdə isə, çox güman həmin reklam kodları ingilis, rus və ya başqa dəstəklənən dildə olan saytlar üçün verilib. Sadəcə bunlar qaydaları pozub həmin kodları az-dilli saytda yerləşdiriblər. Risklidir əlbəttə, amma görünür risk özünü doğruldur...

Cfr Cavid (2020-05-21 12:12:59)
Salam.Mənim bildiyimə görə google addsense youtub-dan qazancı kartımıza və ya bank hesabımıza köçürmək üçündür. Mən özüm bu məsələdə fikirləşdim və sıfırdan kanal açdım.youtube-dan pul qazanmaq üçün əvvəllər 4 şərt qeyd edilirdi.Ancaq son zamanlar youtube yeniləndiyi(güncəlləşdiyi) üçün bu şərtlər yoxdur. Çünki bildiyimiz kimi youtube-dan pul qazanmaq üçün 1000 abone və 4000 saat toplamaq lazımdır.youtube güncəlləşməmişdən qabaq istənilən şəxs sıfırdan kanal açan kimi bu 4 şərti yerinə yetirə bilərdi.Ancaq indi youtube-dan istifadəçilər daha da genişləndiyi üçün youtube-da qeydiyyat zamanı sıxlıq təşkil edirdi. Ancaq indi sıxlıq olmasın deyə youtube deyirki sən 1000 abone və 4000 saatı yığ sonra bu şərtləri yerinə yetir sıxlıq olmasın. bildiyimə görə nəyinki türkiyədə eləcədə Azərbaycanda bu üsuldan istifadə edib pul qazananlar var.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Reklam sistemində ban olmaq

Google Adsense qeydiyyatı

Google Adsense Azərbaycan

İngiliscə içərikli saytın yüksək TBM verməsi

Google adsense Çekləri

Bir Adsense hesabı üçün 2 müxtəlif blogger