Paypal + Access Bank

Salam dostlar/ Bildiyimə görə Paypal Azərbaycanda işləmir. Amma deyilənə görə AccessBank qəbul edir Paypal ilə ödəmələri. Ümumiyyətlə qəbul edən hansısa banklar var mı , bilənlər məlumatlandırsın zəhmət olmasa. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

loa sian (2020-04-07 19:18:19)
Aydındır , təşəkkür edirəm :) <3

E. Hacı (2020-04-07 18:05:15)
Deyir ki paypala bağlı işləyən lokal bank kartınız varsa(yəni xaricdə, Paypal dəstəkləyən ölkədə yaşayırsınızsa), o zaman o hesaba əlavə olaraq bank hesabı kimi payoneer də qoşa bilərsiniz.

loa sian (2020-04-07 14:41:43)
@E.haci , Payoneer`ə sual verdim , bunlar belə deyir. Amma tam dəqiq başa düşmədim bunu : https://prnt.sc/run1he

E. Hacı (2020-04-07 14:10:44)
Ödəmə mənasında başa düşüb operator. Ödəniş etmək üçün əlbəttə ki qoşmaq olar. Pul qəbulu üçün isə mümkün deyil. Paypal Azərbaycanı dəstəkləmir - təkrarən bunu deyirəm ki, sualın cavabını yanlış yerdə, banklarda axtarmayasınız. Bankların heç bir məhdudiyyəti yoxdur bu mövzuda. Açıqdır, paypal göndərsə, dərhal gələr. Problem paypalın qoyduğu məhdudiyyətdədir

loa sian (2020-04-07 13:48:40)
@E.haci , AccessBank`la danışdım , belə deyirlər : https://prnt.sc/ruj9al Qərarsız qaldım.

az-hosting (2020-04-07 11:02:22)
Salam, paypalla ödeniş alırsızsa bizimlə əlaqə saxlayın. Paypalı kõçürsünlər bizim global hesaba biz əvəzində sizə manatla ödəmə edəcəyik.

loa sian (2020-04-06 22:11:50)
Envato`da author`am. Digər bir author`a ödəmələri necə etdiyini soruşdum , dedi paypal. Payoneer ilə işlədirəm. Əvvəl işləmirdi , indi işləyir. Yəni işlədən adamın sözünə görə vermişdim sualı. Təşəkkürlər.

E. Hacı (2020-04-06 21:56:30)
paypal payoneer ilə işləmir. baxın - iki dəfə deyilənə görə sözünü işlətdiniz - amma harada deyilib, kim deyib bu haqda heç nə yazmamısınız. əgər ciddi mənbə deyibsə, link verin, araşdıraq. qeyri ciddi mənbə deyibsə, ciddiyə niyə alırsınız?

loa sian (2020-04-06 20:39:45)
Bəs Payoneer necə ? Deyilənə görə işləyir Paypalla. Amma əvvəl Paypal qəbul etmirdi Payoneer kartlarını.

E. Hacı (2020-04-06 20:33:13)
Yoxdur elə bank - çünki Paypal Azərbaycanı dəstəkləmir - bu bankların dəstəkləməsi deyil, banklar hamısı dəstəkləyir. Paypal göndərmir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypalda ünvan tam dəqiq olmalıdır?

PayPalda kart problemi…

Paypal hesabındakındakı vəsaitin xaricdəki kart hesabından çıxarılması

Plastik Kart

Paypala pulu köçürmək

Paypal haqqinda