Alibabada bank kartıyla ödənişi yekunlaşdırmaq.

Salam dostlar. Hər vaxtınız xeyir. yardımınıza ehticam var. Mənim sualım Alibaba topdan satış platformasında Azərbaycanda fəaliyyət göstərən bankların verdiyi maaş kartları ilə, daha dəqiq ifadə etsəm balansı manat ilə olan debet Mastercard və Visa kartlarıyla ödəniş barədədir. Yəqin bu problemlə digərləridə rastlaşıb, amma müzakirə olunduğunu görməmişəm. Telefon almaq istəyirəm və satıcıyla razılaşmışam. Neçə gündür order yerləşdirmişəm, amma odənişi yekunlaşdıra bilmirəm. Qarşı tərəf isə məni tələsdirir. Sualımdanda anlaşıldığı kimi ödənişi manat ilə maaş kartım olan Expressbankın Mastercard debet kart ilə edirəm. Satıcı məhsulu Bakıya göndərə bilmədiyindən dolayı mən Rusiyada olan ünvanımı qey etmişəm. Kart məlumatlarını doldurmaq üçün açılan səhifədə ödəniş ünvanı deyilən xana açılır. Alibabanın ödəniş sistemi çatdırılma ünvanımın Rusiya olduğuna görə ödəniş ünvanımında Rusiya olduğunu təhmin edərək xanada avtomatik olaraq Rusiya ünvanımı və oranın poçt indeksini qeyd edir. Ən azından mən belə başa düşürəm. Mən isə kartımın maaş kartı olduğuna görə xanadakı məlumatları öz ünvanım və poçt indeksimlə dəyişdirirəm ki, ödənişi yekunlaşdırım. Amma sistem Error verir və yenidən cəhd etməyimi tələb edir. Banka zəng etdim, cavabında mənə Alibaba.com saytına qadağa qoyulmadığını, manatla ödənişdə problem olmadığını, manatın avtomatik olaraq dollara konvertasiya edildiyini və komissiya tutulmadığını bildirdilər. Və əlave etdilər ki, sizin alibabada heç bir ödəniş cəhdiniz olmayıb. Halbuki dəfələrlə bunu etmişəm. Düşündüm bəlkə kartımda soyadım (-) ilə yazılmasına (KAMIL-ZADA) baxmayaraq saytda soyadımın yazılması tələb olunan xanada bu işarəyə (-) icazə verilmədiyinə görə ödəniş edə bilmirəm. Amma elədə deyilmiş. Problemin kartımla, AZN və (-) işarəsiylə əlaqəli olmadığını dəqiqləşdirmək üçün yoxlama olaraq Aliexpressdən həmən kart ilə 1$-lıq məhsul sifariş etdim. Ödənişdə heç bir problem yaranmadı. Sizcə problem nədədir? Məgər hər hansı bir şəxs A ölkəsindən B ölkəsinə sifariş yerləşdirə bilməz? Heç bir ixrac ilə məşqul olan online mağazalarda belə problem yaranmır (Aliexpress, Ebay, Amazon). Həmçinin kartın məlumatlarını doldurarkən doldurulması vacib olan "ödəniş ünvanı" və" indeks" deyə bir xananın olmasınıda digər məşhur e-mağazalarda görməmişəm. Qabaqcadan təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Sabo (2020-04-18 16:49:09)
Təşəkkür edirəm. Bu barədə dəstək xidmətinədə yazdım. Daha doğrusu online olaraq yarım saat danışmışam. Kömək edə bilmədilər. Dedilər bankınıza müraciət edin. Eyni məsləhətlər flan və s. Satıcıda alternativ təklif etmir. Gərək rəsmi olaraq sorğu yollayım. Ona 2 gün ərzində cavab verirlər. Bilməm o vaxta qədər satıcı məni gözləyəcək? Başqa kart ilə də edəcəm. Bəlkə məlumatlarım səhfdir. Problem məncə ödəniş ünvanındadı. Adətən bunu soruşmurlar digər mağazalarda və istifadəçilər bu ünvanı dəqiq xatırlamırlar. Ola bilər iş yerimin ünvanıdır və ya bank ünvanımı düzgün qeyd etməyib. Alibabadan sifariş edən digər istifadəçilərin fikrinidə öyrənmək istərdim.

Sabo (2020-04-17 23:21:25)
Təşəkkür edirəm. Bu barədə dəstək xidmətinədə yazdım. Daha doğrusu online olaraq yarım saat danışmışam. Kömək edə bilmədilər. Dedilər bankınıza müraciət edin. Eyni məsləhətlər flan və s. Satıcıda alternativ təklif etmir. Gərək rəsmi olaraq sorğu yollayım. Ona 2 gün ərzində cavab verirlər. Bilməm o vaxta qədər satıcı məni gözləyəcək? Başqa kart ilə də edəcəm. Bəlkə məlumatlarım səhfdir. Problem məncə ödəniş ünvanındadı. Adətən bunu soruşmurlar digər mağazalarda və istifadəçilər bu ünvanı dəqiq xatırlamırlar. Ola bilər iş yerimin ünvanıdır və ya bank ünvanımı düzgün qeyd etməyib. Alibabadan sifariş edən digər istifadəçilərin fikrinidə öyrənmək istərdim.

E. Hacı (2020-04-17 22:11:25)
bu barədə alibaba dəstək xidmətinə yazın kömək edəcəklər. accountla bağlı problem də ola bilər. dediiyniz bank, valyuta, maaş kartı və.s. - bunların məsələ ilə heç bir əlaqəsi yoxdur. problem harda çıxıbsa, ora müraciət etmək lazımdır. Adətən belə problemlər təzə açılan accountda olan hər hansı fraud şübhəsindən filan olur. onu da support ilə həll etmək olur.

Sabo (2020-04-17 20:39:05)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Salyut vә Rambo velosipedlәri neçiyәdir

Sizcə ola bilərmi ?

Ups çattirilma xitməti necə işləyir?

İzləmə kodu

Ebaydan telefon

AliExpress Telefon Bağlaması