Salam, Kodlaşmanı bacaran dostların köməyinə ehtiyacım var. Deməli 2 ədəd html faylım var. giris.html və istifadəçiadı.html
İstədiyim odur ki isitfadəçilər giris.html ilə login parol yazıb giriş etdikdə onlar üçün hazırladığım html səhifələrə yönləndirilsin. Məsələn Orxan adlı istifadəçi login orxan şifrə orxan123 yazdıqda daha öncə hazırladığım orxan.html səhifəsinə daxil olsun. Lakin axtarışa orxan.html yazdıqda daxil ola bilməsin. Domen və Hostingim var. Bu iki Html faylı bir biri ilə əlaqələndirmək üçün çox qısa yardımızına ehtiyacım var.
Bu dediyim html səhifə professioonal birşey üçün laızm deyil sadəcə iş üçün lazımdır. Məqsəd Əmək haqqı ilə əlaqədar bəzi məlumatları istifadəçiyə göstərməkdi.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Salam. İstədiyinizi html ilə və qeyd etdiyiniz formada hər istifadəçi üçün ayrı ayrılıqda html fayl hazırlamaq düzgün seçim deyil. Sadə halda PHP dilindən istifadə edərk cəmi 2 php fayla (hətda 1 php faylla) istədiyiniz prosesi hazırlaya bilərsiz.
Google’da axtarış edin kifayət qədər məlumat və hazır kodlar var. “simple php user login system” axtarıış edin.
0
Təşəkkürlər, lakin mən sadəcə 5 işci üçün bunu hazırlamaq istəyirəm. Uzun müddət uptade etməyəcəyəm. Htmlda dizayn alınıb və onun üzərində işlənilib hazırlanıb artıq. Sadəcə istədiyim hər işci öz şifrəsin yazıb öz səhifəsinə daxil ola bilsin.
0
Tək html ilə bunu etmək mümkün deyil. Html içinə javascript kodu yazmaq olar bunun üçün. Amma login parolları biraz anlayışı olan adam götürə bilər
Sual verin
Cavab verin