Sağlamlıq haqqında şikayət [əsgərlik]

Salam dostlar , mən 9cu sinifdə oxuyanda voenkomatda hərbi kitabçama "yararlı" yazıblar. Amma ayağımda 2ci dərəcə yastıdabanlılıq var. Amma yoxlayanda ayağıma baxmamış yararlı yazmışdılar. İndi bununla bağlı şikayət etsəm yenidən baxılacaq yoxsa necə? Və çağırış olandan sonra şikayət etmək olur ya yox ? Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

loa sian (2020-05-11 01:39:56)
Aydındır. Bəs ayaqda yastıdabanlıq olduğu üçün yarasız yazılanda , yenə hər 3 ildən bir gedirik komissiyaya yoxsa necə ? Məncə yox amma 3 ildən bir yoxlanıldıgını deyənlər var. :)

Maqa (2020-05-10 10:05:39)
həkim lap yazsa belə yararlıdır hərbi hissədə yoxlanış olur yenə orada onsuz üzə çıxacaq.

loa sian (2020-05-07 21:10:58)
Xəstəxanalarda yoxlatmışam 3 dəfə. Hamısı deyib ki , 2ci dərəcədir. Sizcə , elə ola bilər ki ordaki həkim 1 yazsın , vəya belə olan halda özünə necəsə başa salıb 2 yazdırmaq olar ya yox ? Təşəkkürlər :)

Software Developer (2020-05-07 21:02:18)
Orda yazılan heç nəyi ifadə etmir. Yenidən yoxlama olacaq , orada deyərsiniz vəssalam.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

sifariş gömrükdə qalmasi

orta təhsilli oğlan üçün iş

Original futbol butsisi necə sifariş edə bilərəm?

Camex.az – Malın çatdırılması

amazon da satış etmək

Adsense Pin (Adres Haqqında)