Shopify ödəniş qəbul etmək

Dostlar shopifyda mağaza açmışıq və hərşey hazırdır. Son olaraq ödəniş qəbul etmək üçün lazım olan sistem qalıb. Paypal və.s digərləri işləmədiyi üçün 2checkoutdan qeydiyyatdan keçdim. Ancaq hesabımın aktiv olub olmadığını bilmirəm. Orda menuda aktivləşdir var ora daxil olanda isə pasport şəkili, avropa/abş vöen sənədləri və.s bir xeylam bizdə olmayan digər şeylər istəyir. Bilmək istəyirəm 2checkoutu necə aktivləşdirə bilərik və shopify mağazamıza bağlaya bilərik? Vəya 2checkoutdan başqa ölkəmizdə işləyən ödəniş qəbul etmə sistemi bilən var? Ümumiyyətlə shopify işində olan biri varsa instagramdan wp veya fbdan menimle elaqe saxlaya bilər zəhmət olmasa?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2020-05-29 13:54:42)
2checkout bizdə olmayan heç bir sənəd istəmir. "avropa/abş vöen sənədləri və.s " - Azərbaycan olaraq seçmisinizsə ölkəni, elə bir şey istəmələri mümkün deyil. Nə istəsələr, Azərbaycana aid şey olacaq. pasport isə istəməsi normaldır. 2checkout-da verify prosesi çox aydındır və supportlarına yaza bilərsiniz nəsə sualınız olarsa.