Kondisioner nə qədər pul yazır?

İstilər başlayıb evin içi yalovdu.ventilyatorda isti püləyir Bilirəm kondisioner kvadratnan olur,mən kvatratnan başım çıxmır ,mən normal çoxda böyük olmayan 1 otaq üçün kondisaner almaq istəyrəm, nə qədər yazdığını çox adam bilmək istəyir,yazın görək bu kondisaner nə qədər pul yazır

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Software Developer (2020-06-10 02:37:28)
Normal gücdə həm qışda həm yayda 1 saata 8 qəpik. Tam güclə işlədikdə isə saata 15-16 qəpik. Maksimum gücdə yalnız o halda işləyər ki, otaqların qapısı açıq qalar və kondisioner həddən çox ərazini havalandırmalı olar - o halda bəli, dayanmadan tam güclə işləyir. Amma əgər bir otaqda işlədirsinizsə və otağın qapısı bağlıdırsa, o halda hətta yarı gücdən də aşağı işləyər, çünki çox tez soyudub hər dəfə qənaət rejiminə keçir

Ramazan (2020-06-10 01:41:34)
Aydındı_ birdə bir şey soruşum Yuxarda yazdığın 1.50Kw 1 saata normal və maxsimum gücdə qışda və yayda nə qədər yazar?

Software Developer (2020-06-10 00:19:41)
Bəli, bütün məbləğlər bir aylıq üçün cəmi məbləğdir.

Ramazan (2020-06-09 13:28:55)
Yazdığın sunnmalar aylığ kondisenerin yazmasıdı ??? Cavabınıza görə çox sağolun

Software Developer (2020-06-09 12:59:55)
hər kondisionerin üzərində kilovat yazır. məsələn bir otaq üçün 1500W(1.5Kw) kondisioner alsanız və o bütün gücü ilə 24 saat, 30 gün işləsə, edəcək 720 saat. 1 kilovat da 11 qəpik edir. 720*1.5*0.11 = 118 azn. Amma bu ən yuxarı istifadə ssenarisidir. Normalda isə təbii ki bundan xeyli az yazacaq. Çünki otaq hər dəfə sərinləyəndə kondisioner özü sakit rejimə keçir və tam güclə işləmir. Ona görə də 24 saat işlətsəz, 50-60 azn yazacağını təxmin etmək olar. Günün yarısında işlətsəniz 20-30 azn

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytda xəbər oxunma sayı

Sayğac xidməti göstərmək…

Sayt üçün sayğac kodunu haradan tapmaq olar?

Saytda sayğac yerləşdirmək

Sayğacların çoxluğu sayta ziyan verə bilər?

wordpressdə sayğac