Gömrük rüsum

Salam. Mən Barami.az vasitəsilə İpad sifariş etmişəm. 285$ limiti keçmişəm. Bağlamam gömrükdə saxladılıb. +36% rüsum üzərinə gəldikdə gömrüye ödəyəcəyim pul 102.$ edir. Bağlamam iyunun 29u gömrüye çatıb. Bilmək istəyirəmki gömrükdə məndən əlavə pul alına bilərmi? Bağlamamı götürmək üçün Aeroporta gəlməli olduğumu dedilər. Bağlamamın gömrükdə qaldığı hər gün üçün 2 azn pul tutulacağını söylədilər. 6 bazar günü karantin idi. Zəhmət olmasa bilənlər yazsın bağlama gömrüyə çatdıqdan neçə gün sonra qaldığı günə görə pul hesablanır?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Tamerlan Mammadov (2020-07-13 13:13:46)
Men 30 manatliq ayaqqabıya görə 80 manata yaxın pul ödədim. Üstünüzdə artıq pul götürün gömrüyə getsəniz hərəsi bir yerdədir ödəniş yerinin bəlkə 6 7 yerə ödəniş edəcəksiniz. Çox mənasız bir sistem qurublar 3 4 dəfə paltar verirler çıxardırsan qayıdırsan ödəniş edirsən çöldə sonra içəri girib ödəniş edirsən sonra təzədən çıxıb ödəyirsən mənasız sistemdir. Getmək yerinə broker xidmətləri var onlara 20 30 azn verin birde sizin rüsumu özləri həll etsinlər.

selef (2020-07-13 00:08:08)
Həmişə dediyim kimi Kömrük kinder surpriz kimidi birşeydir Ürəkləri nə istəyirlər onu da edirlər. 200 aznlik bir şeyə görə mənə qan udurublar. 7 gün süründurublər. - 350 azn pulum çıxdı. kamera xranenyada günlik azn deyilde yevroyla hesablayırlar. banka rüsüm ödəyirsən 5-6 azn artıq alır. üstünüzdə çoxlu artıq pul götürün. şəxsiyyət vəsiqənidə üstünüzdə götürməyi unutmayın

Software Developer (2020-07-06 15:52:56)
Barami-yə müraciət edin, bəlkə onlar kömək edə. camex-də var elə bir xidmət sizin əvəzinizə gedib işləri həll edib gətirirlər malı gömrükdən. 30 azn idi camex-də bu işin əlavə xidmət haqqı. qaldı gömrükdəki saxlanc puluna, bəli, hər keçən gün bu hesablanacaq. hər halda siz düşündüyünüzdən 5-6 manat fərq edər deyə, çox da altı bazar detallarını indidən öyrənməyə gərək yoxdur, ora gedəndə dəqiq göstəriləcək sizə nəyin pulu nəyə əsasən hesablanıb deyə

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gömrük ödənişləri siyahısı

Gömrük rüsum