Gömrük rüsum

Salam.mən keçən ay 3+2 ipad sifariş etmişəm. Bilmədən limiti 205$ keçmişəm. Gömrük rüsumunu yəni 175azni ödəyib orda qalan 2 ipadı götürməyə getmişdim. Dedilərki siz 5 ipad sifariş etmisiniz deyə bağlamaları götürmək üçün 500azn ödəməlisiniz yoxsa verə bilmərik. Bunu etmələri qanunidir? Zəhmət olmasa bilənlər təcili məlumat verərdi.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2020-07-08 22:44:15)
Bəli, tam qanunidir. 1000$ - YALNIZ şəxsi istifadə üçün aldıqda keçərlidir. Ticari təyinatla aldıqda isə hətta 10$lıq malın rüsumunu ödəməlisiniz. 5 dənə ipad da avtomatik ticari təyinatlı başa düşülür deyə, orada 1000$ nəzərə alınmır. Yəni sizdən 5 ipad-ın rüsumu alınmalı idi, sevinmək lazımdır ki, 3-nə rüsum alınmayıb :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gömrük ödənişləri siyahısı

Gömrük rüsum