İBAN hansıdı? Adsense

Salam. Təxminən 2 aydır ki, Google Adsense-də toplanmış pulumu çıxara bilmirəm. Kapital Bankda VÖEN-li hesab açdırmışam və onlar mənə hesabın rekvizitlərini veriblər. Birinci cəhdimdə müxbir hesab kodunu qeyd etmişdim onda pulu almaq mümkün olmadı. Bankla əlaqə saxladım dedilər ki, M/H ilə pulu çıxarmaq olmur. Pul geri qayıtdı və ikinci dəfə mənə bankdan dedilər ki, "Benefisiarın Hesabı" kodunu yazın. Onu da etdim amma artıq 16 günüdür ki, pul oturmur. Burda əlavə birdənə də "Hesablaşma Hesabı" var. Bankdan mənə dedilər ki, problemi araşdırmaq üçün onlardan SWIFT kod tələb edim. Amma hal-hazırda o kodu almaq mümkün deyil çünki linklərin heç biri işləmir. Sizcə nə edim?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2020-07-28 18:10:52)
bu haqda mühasib ilə məsləhətləşin və ya vergilər nazirliyindəki öyrədici materiallar ilə tanış olun. qısa sual-cavab ilə bu mövzuları əhatə etmək olmaz. vergi 5%-dir, sosial isə aylıq minimum əmək haqqınən 4-də biridir deyəsən, 50-60 manat edir hardasa.

Ruslan Nazarov (2020-07-28 16:13:00)
Pul oturdu təşəkkür edirəm. İndi mən gəlirin neçə faizini vergi olaraq ödəməliyəm və DSMF nə qədər verməliyəm?

E. Hacı (2020-07-27 15:15:27)
Nəsə qəribə situasiyadır. Verilən rekvizit bəs etməli idi. Mən dəfələrlə qosmuşam müxtəlif banklardan. Heç vaxt anlaşılmazliq görməmişəm. Bəlkə kapitalda qarışıqdır, ola bilər. Hesabınız düzgün valyudatadadir? AdSense gonderen valyutada olmalıdır hesab rekviziti. Əks halda gəlmir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azeri Online Loto oyunu saytı

Google Adsense haqqında

Google Adsense qeydiyyatı

Google Adsense pin kod

Reklam sistemində ban olmaq

Hansı məzmunda (Content) “YouTube” Kanalı açsam Müəllif hüququnu pozmadan gəlir əldə edə bilərəm