Amazonda ümumi dəyəri $1400-$1500 olan məhsulların gömrüm rüsumu haqqında

Salam. Mən komputer yığmaq istəyirəm və bunun üçün Amerikadan bir saytdan hansısa vasitəçi şirkətlə (məs Starex) komputer hissələrini sifariş vermək istəyirəm. Ümumi olaraq 12 fərqli məhsuldur. Məhsulların hamısı saytın öz anbarından paketlənib göndərilir və bunların ümumi dəyəri $1400-$1500(daşınma haqqı ilə birlikdə) arasındadır. Gömrükdə $1000 üstü rüsum ödənilməlidi. İndi mənə maraqlıdır, mən bu məhsulları eyni vaxta deyil, ayrı-ayrı vaxtlarda sifariş versəm yenədə rüsum ödəməliyəm. Qanunla bağlı məlumatlı olmadığım üçün bunun necə tənzimləndiyini bilmirəm. İlk dəfə belə bir sifariş verəcəm. Yəni rüsum, mənim adıma gələn ümumi bağlamara görə hesablanır yoxsa sadəcə bir məhsul üçün 1000 dollar olaraq hesablanır. Təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Kenan Besirov (2020-07-28 00:04:04)
Çox təşəkkür edirəm cavab üçün.

Kenan Besirov (2020-07-28 00:03:50)
Çox təşəkkür edirəm cavab üçün. Aydın oldu.

E. Hacı (2020-07-27 15:11:53)
Iki sifariş arasında otuz gün olsun ən azı. O halda güman ki problem olmayacaq. Digər detalları isə @selef yuxarıdakı cavabda açıqlayıb.

selef (2020-07-27 08:25:41)
salam. sifarişi iki yerə bölün el təmzimləyin yarı-yarı olsun. birinci hissə gəldikdən sonra ikinci hissəni sifariş edin amma elə edin ki 2 sifariş o biri aya keçsin. söhbət hər ay şəxsi istifadə 1000 usd üçündən gedir. amma saxlma da ola bilər həttda 1000 dollardan aşağı olsada belə. saxlasalar deyin şəxsi istifadə üçün almışam. ------------ daşinmada 1000 daxildir misal malin qiymeti 700 dirsə daşinma 200 . ğömrük 900 sayacaq

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay eyni satıcıdan mal almaq və satıcıya müraciət etmək.

Ebayda gömrük rüsumu barədə

Pul göndərmək

dropsoping aliexpress

Adsense gəlir payi

Importdan qaytarilib