Volutic.com

Bu sayt haqqında ətraflı kim məlumat verə bilər xüsusən işləmə funsiyası və oba aid olan payoonerlə açılan hesabın Ölkəmizdə necə işlətmək olar???

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

SahlarNiftaliyev (2020-08-13 02:27:14)
Bu cür saytlar qarşınıza çıxdıqda, adını yazıb qarşısına scam yazıb axtarın və əmin olun. Bu işlərdən faydanı ancaq ən üstdəkilər görə bilər. Əsasən pula ehtiyacı olan universitet uşaqlarını cəlb edirlər, bir aralar qnet vardı, ondan əvvəl tiens və s. Qoşulub üzv olduqdan sonra yatırdığınız pulu (söhbət bu saytdan getmir) geri qazanmaq üçün adam yığmağa çalışırlar, tapmayanda dost-tanışı inandırmağa başlayırlar, sonra da qoşduqları 1-2 nəfərlə üz-göz olurlar, pul da batır. Ancaq ehtiyacı olana yaxınlaşırlar çünki bilirlər ki, o qoyduğu pulu geri qaytarmaq üçün hər yola əl atmağa məhkumdur. Onlar ehtiyacı olan insanlardan qazanırlar, həmin insanlar isə heç nə qazanmır. Dediyiniz sayt barədə isə burada oxuyun: https://paidfromsurveys.com/volutic-review

Shamkir region 057 (2020-08-06 17:35:24)
Hər halda çox sağolun fikirinizə görə Birdə ümiyyətcə mənə bir köməklik edərdiniz səhər imkan edib bura yazacam o cəhətdən kömək etsəniz şad olaram

E. Hacı (2020-08-05 23:56:08)
Uzaq durmanızı məsləhət görürəm

Shamkir region 057 (2020-08-05 15:30:14)
Cavablandırdığınız üçün çox sağolun http://volutic.com/default.aspx bu saytda lap aşağıda Payment Proofs(ödəniş sübütları) deyilən yer var hətta Azərbaycandanda var deyəsən 3 səhifədə və onu deyim Türklərdə var ən çox yaxın ölkələrdən üzdən iraq ermənilərdə var özdə az məbləğ çıxartmırlar başqa ölkəlırdə təbii ki var. Zəhmət deyilsə o deyimi yerə baxardınız son olaraq fikirinizi bildirərdiniz YƏNİ nəyi deməkğistəyitəm gop olur bu qədər real görünməz birdaha əziyyət deyilsə fikirinizi baxıb yazardınız

E. Hacı (2020-08-04 11:30:15)
Buradan https://www.trustpilot.com/review/volutic.com rəylərlə tanış ola bilərsiniz. Müsbətdən çox mənfi rəylərə diqqət edin, zira müsbətlər daha yüksək ehtimalla saxta rəylər ola bilər. Qısa qaydalar: 1. İnternetdə müftə və ya asan qazanc olmur. Heç kim heç kimə boş və asan bir şeyə görə pul ödəmir. 2. Reklama baxmaq, email oxumaq ilə pul verdiyini deyən saytlar varsa - bu ya dələduz saytdır və sizi aldadır. Ya da piramida şəbəkə qurub, və bəzi üzvlərinə 1-2$ ödəyir inandırmaq üçün, amma əsl məqsədi premium account filan satıb(daha çox qazanmanız üçün sizə ödəniş etməyinizi istəyir ki level artırasınız). 3. Əksini iddia edənlər ya qərəzli danışır(inanmaq istədiyinə inanır) ya da yalan. - internetdə ciddi işə yaramadan, real bir iş görmədən pul qazanmaq olmur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hərbidən Təxris olma

Azerbaycanda Adsense İşləyir?

Polis akademiyasına qəbul

Paypal da hesab komeyi

Adsense- dən gələn pulu bank vermir

Əskər getmədən möhlət götürərək xaricə 1 həftəlik getmək olur?