Yol hərəkəti cərimələr.

Velosipedi kaskasız idarə etməyə görə qanunvericilikdə hər hansı bir cərimə varmı?varsa hansı maddəyə görədir?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Login111111 (2020-08-10 19:22:16)
https://dyp.gov.az/index.php?/az/content/205 dan cixaris. Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80—100 metr olmalıdır. II. Velosiped və moped sürücülərinə: 1) sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək; 2) velosipedin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya velosipedi, mopedi idarə etməyə mane olan yük aparmaq; 3) velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək; 4) tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək; 5) sərnişin daşımaq; 6) nasaz, müəyyən olunmuş qaydada təchiz edilməyən velosipeddən istifadə etmək; 7) velosiped və ya mopedlə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla, velosipedləri və mopedləri, eləcə də velosipedlərlə və mopedlərlə yedəyə almaq qadağandır. ve cerimenin tam deqiq neqeder olduqunu deye bilmerem, amma onu demek olarki bu qadağandır, ve sexsen tovsiyye ederdimki kaski cerimeye gore yox, oz tehlukesizliyinize gore taxasiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

DYP cərimə balını ada keçirtmək

cəriməni necə öyrənim?

Sürücülük vəsiqəsi

Avtomobilin cərmələrini sürücülük vəsiqəsi olmadan necə öyrənə bilərəm?

Cərimə barədə məlumat

Əcnəbi radar cəriməsinin olmağını necə oyrənə bilər