Haker hücumu yoxsa şantaj?

Hər kəsə salam Kömək lazımdır Gmail-ə məktub gəlib amma spam papkasına, spam papkasına girən zaman gördüm ki tanımadığım bir şəxsdən mesaj gəlib mesaj təxminən belədir (ingiliscədir tərcüməsi təminən belədir) Mən sənin bu şifrəni (şifrəni qeyd edib və bəzi saytlarda o şifrədən istifadə etmişəm demək olar əksər saytlarda) bilirəm. Heç kəs mənə sizi yoxlamaq üçün pul verməyib. Siz məni tanımırsız və niyə bu eməktubu aldığınızı düşünürsüz. Əslində mən porno saytların birində zərərli proqram yerləşdirdim. və bilirəm ki siz də həmin saytı ziyarət etmisiz. (nə demək istədyimi bilirsiz) Videoları izləyərkən brauzerdə veb kameraya daxil olmağı təmin edən RDP açar qeydləri kimi fəaliyətə başladı. Dərhal sonra zəzəli proqram messenger facebook-dan e-poçtu əldə etdi Bundan sonra iki ekranlı video yaratdım 1-ci hissədə baxdığınız video 2-ci hissədə isə kamera qeydiniz var və siz orada görsənirsiz Ən yaxşı yolu mənə 1061 dollar ödəməkdir Pulu göndərsəniz videonu siləcəm Mənim BTC adresim .................... Heç vaxt olmamış kimi həyatınıza davam edə bilərsiniz və bir daha məndən bunu eşitməyəcəksiniz. Ödənişi Bitcoin vasitəsi ilə həyata keçirəcəksiniz (bunu bilmirsinizsə, 'Google-da bitcoin-i necə satın alacağını' axtarın). Qanuna getməyi planlaşdırırsınızsa, şübhəsiz ki, bu e-mail mənə aid edilə bilməz, çünki o da hack edilmişdir. Əməllərimə diqqət etdim. mən səndən çox şey istəməyə çalışmıram, sadəcə ödənilməsini istəyirəm. Əgər bitcoin göndərməsəniz videonu dostlarınız ailəniz iş yoldaşlarınıza bütün kontaktlarınıza göndərəcəm Sübuta ehtiyacınız varsa, Bəli ilə cavab verin, sonra video qeydinizi 8 dostunuza göndərirəm. müzakirə olunmayan bir təklifdir və beləliklə bu mesaja cavab verməklə mənim vaxtımı və vaxtınızı sərf etməyin. Mesaj bundan ibarətdir bəzi cümlələri google translate ilə tərcümə etdim deyə bu cür alınıb İndi mən nə etməliyəm? Əvvəlcədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2020-08-15 23:27:03)
bəli, tam arxayın ola bilərsiz. bilmədiyiniz mənbədən hər hansı xoş və ya bəd mətnli email gələndə emaildən bir cümləni copy edib internetdə axtarın, görəcəksiniz ki, çoxlu adamlar yazıb bu fırıldaq haqqında.

Samir9698 (2020-08-15 21:59:24)
təşəkkür çox sağolun mən də bayaqdan bitcoini necə tapacağımı fikirləşirdim ehityatən veb kameraya qara zalenta bağladım

Software Developer (2020-08-15 21:33:03)
Yalandır hamıya belə məktub göndərirlər. İgnore edin getsin. Maildə yazılan şifrə isə hansısa təhlükəsizliyi zəif geydirmə saytın hack olunması nəticəsində ələ keçmiş bir şifrdir. Əgər eyni şifrəni ciddi saytlarda da istifadə edirsinizsə, şifrəni dəyişdirin. Amma emaildə yazılan şantaj mətni tamamilə uydurmadır və hamıya eynisini göndərirlər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Portmanatda ödənişlərin çıxarışına baxmaq

Gmail-də mənə belə bir mail gəlib…

Korporativ Email vs Gmail

Facebookda spam mesajlar göndərilir

Hack E-Mail 3

Mail.ru və Gmail