Sürücülük vəsiqəsi
Salam,Sürücülük vəsiqəsi almaq istəyirəm bəzi suallarəm var.
1. Hansı sürücülük kursları məsləhətlidir?
2. B ilə BC arasında suallarında çox ciddi fərq olur?
3. Nəzəri imtahandan keçsəm, 'YEZDA' imtahanından kəsilsəm, Yenidən neçə dəfə istəsəm cəhd edə bilərəm? Ya bir neçə dəfədən sonra Nəzəri imtahan nəticəsi ləğv olur? Və hər dəfə YEZDA imtahanına gedəndə əlavə yenə pul ödəməliyəm?
4. Ali təhsilim var, Hal hazırda Magistr oxuyuram. Sehadətnamə olmadan, Yani kursa yazılmadan. Hansı kateqoriyalar üzrə imtahan verə bilərəm? Yalnız B? Ve bir kurs dediki Əgər belə şəhadətnaməsiz Nəzəri imtahanı keçsəz belə Praktiki imtahanda yani YEZDA imtahanında şəhadətnamə istənilir? Yani heç bir kursa getmədən B kateqoriyasi ala bilərəm? şəhadətnaməsiz.
5. Sağlamlıq haqqında sənəd+İmtahan giriş rüsumu və Pravanı alanda ödəyəcəyim rüsum. Bunlardan başqa ödəməli olduğum nəsə olacaq yenə?
6.Özüm hazırlaşmaq üçün Talıbovun kitabları kifayətdir?
Öncədən təşəkkür edirəm.