İnternet mağaza üçün ödəniş sistemi necə qurulur?

Salam. Bilmək istərdim Wordpress üzərindən İnternet mağazaya onlayn ödəniş sisteminin qoşulmasını öyrənmək üçün harada kurs keçmək olar? Hazırda wordpress -də woocommerce- lə internet mağaza yaratmışam, sadəcə onu ödəniş sisteminə bağlamaq işi qalıb, bilmək isrtərdim belə bilgiləri verən hər hansı bir kurs varmı?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2020-09-26 23:00:52)
Banklar əgər varsa, hazır plugin verirlər, install edirsiz və işləyir. Yox əgər, hazır plugin yoxdursa, o halda sadəcə APİ documentation verirlər. O da ki bütün proqramlaşdırma dilləri üçün eynidir. Yəni eyni APİ-ni php, ruby, python, java və.s. harda istəsəz proqramlaşdıra bilərsiniz. Onu necə proqramlaşdırmaq isə ayrıca kurs mövzusu deyil, təməl proqramlaşdırmadır. Yəni tutalım PHP bilirsinizsə, asanlıqla yazarsınız.

Vugar Mammadov (2020-09-26 13:36:25)
Məqsəd proqramçı tapmaq və ya saytı bu dəqiqə başa gətirmək deyil, məqsədim məhz o prosesin şəxsən özüm üçün öyrənməyimdir. Banklara müraciət olunan zaman onlar nəyi hara necə qoşmağı izah edirlər?

Cabbarov Sübhan (2020-09-25 16:01:12)
Dəqiq olaraq dediyiniz prosesi izah edən kurs yoxdu məncə, ümumi kurs daxilində ola bilsin ki keçsinlər. Ancaq WordPress-ə yerli ödəniş sistemlərini qoşmaqdan söhbət gedirsə, bunun üçün banklara müraciət etmək lazımdır daha sonra isə hər bankın özünə məxsus API sistemləri olur. Həmin sistemə uyğun Sizin WordPress saytınızı API vasitəsilə ödəniş sisteminə inteqrasya olunur. Məsləhətdi proqramçı tapasınız.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Lokalizasiya, Loco Translator, tərcümədə xəta.

Mövzu (Şablon) yenilənməsi

Freelancer WordPress developer kimi iş tapmaq

WordPress şəkil

WordPress Tema

WordPress-də Page builderdən yığılan haqqında suallar