İngilis dili evdə öyrənmək?

Salam ,Mən evdə İngilis dilin öyrənmək istəyirəm səlis şəkildə , qrammatika istifadə olunmadan Danışıq dilini , necə başlaya bilərəm Hansı kitablar vəya E-kitablar xahiş kömək edin , kursa maddiyat çatmadığı üçün gedə bilmirəm 🙂

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

ahmed (2020-10-21 13:04:13)
Ok. Daxil olursuz mətbəxə və gözünüzə ilk çarpan 10 əşyanın adını yazıb əzbərləyirsiniz. Əlbətdə ki oxunuşu və yazılışı ilə birlikdə, bir halda ki qrammatika örgənmək istəmirsiniz. İnternetdə kifayət qədər tərcümə və ingiilis dilində səsləndirmə(oxunuş) proqramları, tətbiqlər, onlayn saytlar mövcuddur. Daha sonra hər-hansı əşyanın nə olduğunu soruşmağı və ona cavab verməyi örgənirsiniz: Misal üçün soyuducuya işarə edib soruşursunuz: What is this(Bu nədir?) və cavab verirsiniz: This is a refrigerator(Bu soyuducudur). İlk 10 əşyaya aid bu suallara rahat cavab verdikdən sonra əşyaların yeri ilə bağlı sual verməyi örgənirsiniz: üstündə, altında, yanında, içində v.s. Və başlayırısınız yenə mətbəxdəki əşyalarla bağlı suallar verməyə. Misal üçün Where is the teapot? - The teapot is on the gas stove (Çaydan haradadır? Çaydan sobanın üstündədir.) Bu formada söz bazanızı və dil təcrübənizi formalaşdırdıqdan sonra kitablar alıb(yenibaşlayanlar üçün) tərücəmə vasitələrinin köməyi ilə mətnləri tərcümə edirsiniz, sözləri əzbərləyirsiziniz, mətni anlamağa çalışırsınız. Tədricən sadə qrammatik qaydarı də mənimsəməyə cəhd edirsiniz. Uğurlar.