Vöenle bağlı 1 -2 sual

salam, western union, zolotoy korona və.s kimi sistemlərdən gələn pullar üçün vergi ödənilməlidir istər dost tanış olsun istərsə də qazanc?

Vergini avtomatik şəkildə necə ödəyəbilərik? vöene bağlı kart hesabı varsa və biz o hesaba qazandığımız pulu hansisa elektron servisdən çəksək avtomatik olaraq vergisi ödənilir yoxsa yenə oturub excele nəsə girməliyəm??

Xarici forumlarda iş alıb görüb və həmin pulun vergisin ödəmək istəyirəm neçə faizdir? burda axtardım deyəsən 4%’dir.

Təbii ki işlər qırıq qırıq olduğuna görə mən bunu necə bir dəfə də ödəyə bilərəm ki bütün günü oturub, excele nəsə girməyim.
Məsələn 10 iş gördük toplam 1000(10×100) azn qazandıq (onu onsuzda tək tək alıb və axırda toplu köçürdəndə hesaba 1 dəfə gəlmiş kimi olur pul) və onu 1 iş kimi əlavə edib vergisin ödəyəndə problem olmur?

Bir sualımda budur Türkiyədə illik 20 min TL qazanca kimi deyəsən dövlət vergi tələb etmir bizdə bəs bu var?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(22:30, 16/02/2021 ) #78377

1. Əgər xidmət və ya mal təklif edərək qazanc əldə etmisinizsə. isbatını(çek, qəbz nəsə bir şey) saxlayaraq bəyan edilməlidir bəli. düzdür belə sistemlərin təqib edilməsi bir az müşkül işdir deyə adətən insanlar bunu bəyan etmirlər, amma qanuna görə edilməlidir. Yəni təkcə rəsmi yolla vöen bank hesabına gələn pul yox, eləcə də digər vasitələrlə gələnlər də bəyan edilməlidir.

2. Heç bir avtomatik vergi anlayışı yoxdur. Vergini 3 ayda bir hesabat verərək özünüz ödəyirsiniz. HEsabat da asan məsələ deyil. Ya öyrənmək lazımdır . ya da işi biləninə tapşırı mühasiblə anlaşmaq. ki siz rəqəmləri deyəsiniz, hesabat və online vergi ödəməsini o etsin.

3. 5%

4. İş kimi əlavə etmirsiniz. 1 ayda cəmi nə qazanc varsa 3 aylıq hesabatda yazırsınız onu ki yanvarda məsələn 500, fevralda 1000, martda 700 qazanmışam, orda da avtomatik hesablayır ki, 2200 qazanmısız və vergisi 110 azn-dir. vəssalam

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:37, 16/02/2021 ) #78382

    Artiq acmisam voen. Sadece 1. Dediyiniz chetin meseledir men Turkiyeyle ishleyirem ve chek falan verebilmirem.
    Ona gore bank hesabima ne gelirse onu yazmaliyam dedi muhasib ancaq hec onunda yaxshi bashi cixmadi sonra basga muhasib tapdim)

    Oda dedi ele olmalidir. 5% xarice chek vermek olmur nese.

    Webmoneyden chekdiyim pulun pdflerin saxlayiram yeqin ki duz edirem?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (02:40, 17/02/2021 ) #78383

      Göndərən pulu necə göndərirsə onun bir izi olmalıdır – fərq etmir bu ödəniş edən providerin online çekidir, yoxsa nəsə başqa qəbzdir. Hər bir halda pulun kim tərəfindən gəldiyinə dair bir iz-sənəd hər zaman olur.
      Və yaxud da ki elə hansı hesaba gəlibsə, ordan çıxarış da elə bir növ sənəddir.

      Webmoneyden chekdiyim pulun pdflerin saxlayiram yeqin ki duz edirem?
      Bəli. Əslində bütün ödənişlər rəsmi bank hesabına olmalıdır. Amma aklnmırsa bvə puk digər mənbələrlə gəlirsə, o zaman əlinizdə nə fakt, isbat varsa onu saxlamalısız sadəcə. Ki sabah birdən yoxlama olarsa, göstərməyə ki bu-bu məbləğlərin mənbəyi baxın bunlardır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:47, 17/02/2021 ) #78384

    Gonderen pulu kripto ile gonderir webmoney hesabina kriptodanda wmz’e cevirirem. Wmz’i de webmoneyin sisteminde wetsern union edib. Bank Respublika (Wu’dan) sahibkar kartina cekirem ki en azindan izi bilinsin. Basga yol tapabilmedim pramoy karta cekirdim gelmedi bir defe.

    Bele halda men sadece Western Uniona cevirdiyim webmoney pdflerin saxlayiram ki meselen: 1000$ WU edibler 1018$ pulum cixib.

    Basga mentiqli yol tapabilmedim.

    Yeni elimde tekce bu sened var yeqin ki yoxlama olsa bu yeterli olar?

    Bir de men meselen kartima 1000$ gelib 1698 manat kimi oturur. Bele olan halda men tekce qazancina 1698 yazmagim bes edir yoxsa oturub butun faizleri hesablayib yazmaliyam ki deqiqlik olsun?
    Fakt o faizleri hesablamasamda kartima geleni yazmaliyam?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (03:18, 17/02/2021 ) #78385

      Belə xırda detallar bizdə yoxdur qanunda. qanunda hər şey rəsmi köçürmələr üzrə qurulub. Bu tip istisna durumlarda inanmıram ki, kimsə xırda para məsələni problem eləsin. Sizə Azərbaycan hesabınıza nə qədər pul daxil olubsa, onun həmin günə olan azn məzənnəsi ilə hesablaya bilərsiniz. Yolda, xaricdə çıxılan komissiyaları nəzərə almaya bilərsiz. Təbii ki bu mənim fikrimdir, elə düşünməyən də ola bilər.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (20 saat əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (7 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024