“Donate” saytı

Salam. Azərbaycanda sayta yardım məqsədli "donate" butonu qoymaq üçün hansı saytı məsləhət görə bilərsiniz? Azərbaycandan həm kartla pul göndərmək olsun, həm də pulu karta transfer etmək. Saytın inkişafına dəstək olmaq üçün ödəniş etsinlər.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2020-12-16 17:36:49)
əlbəttə ki xeyr. qanuna ziddir axı vöen-siz belə bir xidməti kiməsə vermək. ona görə də son 4-5 ildə artıq nəzarət edilir bu məsələyə

Emil Gözəlov (2020-12-16 15:09:37)
Vöen tələb etməyən hansısa sayt yoxdur?

az-hosting (2020-12-16 01:48:54)
Hansı sistemdən istifadə edirsizsə edin (Azərbaycanda) Fəaliyyətə uyğun vöen və vöenə bağlı bank hesabı tələb olunur, ecommerce müqaviləsi bağlayıb (sayt accept edilərsə) sizə verilən kodlarla ödəniş sistemini saytınıza inteqrasiya edə bilərsiniz. Artıq demək olar bütün banklarda ecommerce xidməti mövcuddur. Ödənişlər müəyyən komissiya tutulmaqla sizin vöenə bağlı bak hesabınıza oturacaq.

E. Hacı (2020-12-15 13:36:04)
Portmanat daha asandır inteqrasiya etmək və sənədləşmə işləri. Üstəlik mən Millöndən mümkün olacaq kod ilə. Həm də saytdan online ödənişə keçid qoymaq olar. Amma karta yox, bank hesabına köçürmə edirlər. Xarici sistemlərdən isə Yandex Money, Webmoney və.s.