Facebook-dan köhnə epoçtumu necə silə bilərəm?

Salam. Mən yeni bir Facebook hesabı açmaq istəyirəm, əvvəlkini siləcəyəm. Köhnədəki epoçtumu istifadə etmək istəyirəm. Amma belə bir məsələ var: əvvəlki Favebook hesabımın özündə belə daha öncədən köhə başqa bir epoçtum var idi. "Şifrəni unutdum"dan köhnə epoçtu yazanda həmin hesabım çıxır. Halbuki illər öncə o poçtu silmişdim hesabımdan. Ümumiyyətlə bir hesaba aid hansı epoçtlar olubsa vaxtilə, hansı poçtu yazırsınız yazın, eyni hesab çıxır Facebook-da. İnternetdə bununla bağlı bir dənə də məsələ tapa bilmədim. Bu Facebook-dan əvvəllər işlətdiyim epoçtu necə silə bilərəm axı? Mən hesabımı silsəm, müəyyən müddətdən sonra eyni poçt ilə yeni hesab aça bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Megaman (2020-12-28 04:19:25)
Cavabınız üçün çox sağolun, lakin mən poçtu əsas edib digərini silmişdim axı. Yenə şifrəmi unutdum bölməsində silinmiş poçtu yazıram, yenə profilimi göstərir

Nebi Nebizade (2020-12-20 22:45:25)
Facebookda mail adresi əsas və əlavə olmaqla ikiyə ayrılır. Facebook şifrəsi və digər bildirişlər əsas mail ünvanına göndərilir. Siz əsas mail ünvanını dəyişdirməklə bu problemi həll edə bilərsiniz. Mail adresinizi silmək hesabda ən az 2 mail olmalıdır. Əsas mail adresini dəyişməyi bu videodan öyrənə bilərsiniz https://youtu.be/B3SqbPtV9S4