Alibabada pulun qaytarilmasi.

Salam. Mən alibabadan 2 ədəd microsoft surface pro 7 sifariş vermişəm ikisi 274 dollara saticinin dediyine görə paketleme meneceri seyfen 10 eded qoyub. Buna görə mali Gurcustan gomruyunde saxlayiblar. Seyfen artiq mal olduguna görə satici mali gomrukden kecirtmek üçün 870 dollar istedi və dedi ki, pulu oduyen kimi mali buraxacaqlar. Mende odedim. Indi isə mali buraxmirlar satici menden sigorta polisi üçün pul odememi isteyir. Sigorta polisi nədi? Sizcə satici firildaqci ola bilər? Mən bu vəziyyətdən cixmaq üçün yəni pulumu geri qaytarmaq üçün nə edə bilərəm? Pulu western union ilə kocurmusem.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Camal Guliyev (2021-01-05 21:46:17)
Qardas sizi yaman aldadiblar. O mal hec yola da cixmayib hec gondermeyibler bele. Bu sadece Alibaba firildaqcilarinin isidi. Pulu geri almaq ucun Alibaba Live Chata yazin . belke komek eliyerler

niftaliyev (2021-01-03 23:53:43)
Salam. Alibaba üzərindən ödəniş olunmadığına görə adətən Alibaba burda hər hansı bir məsuliyyətə sahib deyil. Əgər, ödənişi sayt üzərindən etsəydiniz, bu zaman pulun geri qaytarılması mümkün ola bilərdi. 2 dənə surface əvəzinə 10 dənə qoyulması mənə şübhəli gəlir. Əgər malı Gürcüstanda saxlayıblarsa, çox nahaq. Həmin malı, yalnız Azərbaycan gömrüyü saxlaya bilər. Çünki siz sifarişi son qəbul olunan ölkəsi kimi Azərbaycan etmisiniz. Alibaba xidmətinə yazmısınız?