Switch nedir

Salam.Bir sual vermek isteyirem.Switch haqda bir az beynimdə qarışıqliq yarandı.Bildiyimiz kimi switch onun üçün lazımdirki, məsələn bir şirkətdir və həmin şirkətdə 1000 kompüter var. bütün kompüterlərə də internet oturulməlidir.Və bizdən çox xərc çıxmasın deyənə 50 Modemə pul vermirik.Onun üçün qısa yoldan istifadə edib switch alsaq daha yaxşı olar.İndi qaranlıq məsələ budur ki switch kompüterlərə vasitəsiz birləşir yoxsa əvvəlcə switch Modemə qoşulur və sonrada tutaqki əgər 30 kompuetrdirsə switchə qoşulur? İkinci bir sual budurki switch internet paylayirsa Routerə nə ehtiyac var.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

niftaliyev (2021-02-10 02:32:40)
Salam. Çox gec cavab olacaq, üzrlü sayın. Ruterdə limit qoymaq mümkündür. Məsələn, qoşulan cihazların sayını 15-20 qoymaq olar. Məndə olan ruterdə 99 cihaz qoşula bilər eyni zamanda. Ruterlərdə DHCP bölməsində qoşulmuş cihazların sayını görmək olur. Ruter özü internet paylayır, əgər fiberoptik qoşulma varsa. Yox, əgər sizdə yalnız ADSL mümkündürsə, bu zaman ADSL modemi ruterə qoşun (əgər ADSL modemdə wifi yoxdursa) və ruter özü interneti paylayacaq.

QARABAG AZRBAYCANDIR (2021-01-12 10:14:06)
Bir daha salam.Bu deyerli ve anlaşımlı melumatlara gore teşekkür edirem.Bes Routerin interneti nə qədər komputerlərə paylanması barede nə qədər məhdudiyyət olduğunu hardan bilək.Məsələn Svitchdə portlarin sayı qədər komputerlere internet paylaya biler kabel vasitesi ile. BES Routerun nə qədər komputere internet paylaya biler ve neçe dənə komputere internet paylamasini nece mueyyen ede bilerik.Birdeki Router tekce modeme qoşulur ve heç bir komputere qoşulmadan internet paylayır?

niftaliyev (2021-01-05 17:46:55)
Salam. Təşəkkür edirəm. Modem/router və switch arasında fərqlər: 1. Modem/router adətən maksimum 4 portdan ibarət olur. Bu baxımdan, məsələn 8 cihazı LAN kabellə qoşmaq istəsəniz, modemin (və ya routerin) portu buna çatmır. 2. Switchin funksiyası şəbəkəni kabelli variantla yaratmaqdan ötrüdür. Yəni, switch ADSL modem funksiyası daşımır. 3. Switchə birbaşa fiberoptik kabeli qoşsanız, həmin internet switchə qoşulan (lan kabellərlə) cihazlara internet verəcək, amma switchdə wifi olmadığı üçün, məsələn telefonu qoşa bilməyəcəksiniz. Modem switchə qoşulmalıdır ki, switch ordan aldığı interneti özünə qoşulduğu digər cihazlara paylaya bilsin. Əslində, heç bir fərqi yoxdur. Switch-in 1 və ya 64-cü portu eyni funksiyanı daşıyır.

QARABAG AZRBAYCANDIR (2021-01-04 09:57:39)
SALAM, cavaba gore cox sagolun.Bes routerde interneti paylayir axi, onda switch ile routerin ne ferqi varki.Birdeki switch modemin hansi portundan qosulur ve hansi kobelle,bes modemden uzanan kabel switchin hansi portuna daxil olur.

niftaliyev (2021-01-03 23:50:13)
Salam. Switch interneti paylamaq və eynilə switch-ə qoşulmuş bütün kompüterləri əlaqələndirmək üçündür. Switch özü internet verə bilmədiyi üçün bura modem/router ilə internet ötürülür. Adətən qoşulma belə baş verir: 1. Switchin birinci portuna interneti verən kabel qoşulur (modem və ya routerdən). 2. Ardıcıllıqla bütün kompüterlər həmin switchə qoşulur. 3. Vəssalam. Bütün kompüterlərdə internet var və şəbəkədədirlər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

1 kompyuter üçün SWITCH-ə ehtiyac varmı?

Ubuntu 14.04 və problemlər

1 portlu modemi iki komputerə taxmaq

HP ProCurve Switch-lər haqda

HP procurve 2615 – poe