Şəxsi elektron mülkə və ya hədiyyəyə görə gömrük rüsumu.

Salam. Xarici ölkədən mənə hədiyyə olunmuş kompüteri (stolüstü) mənim adıma Azərbaycana göndərilsə və ya özüm gedib gətirsəm buna görə gömrük rüsumu ödəyəcəm?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Tekk (2021-01-06 22:29:30)
Vaxtınızı sərf edib ətraflı formada cavab verdiyiniz üçün minnətdaram. Bir daha təşəkkür edirəm.

E. Hacı (2021-01-06 22:16:34)
Qanunlar adətən belə formalaşır insan cəmiyyətində - xüsusidən ümumi qaydalar yaranır və demək olar hər zaman qurunun oduna yaş yanır. Siz deyən xüsusi hallar (ailə fərdi olması, vergini ödəmiş olması və.s.) çox asanlıqla fürsətcillər tərəfindən imitasiya edilə bilər. Və bu hal üçün icazə verilsə, növbəti ay minlərlə insan xaricdən "öz ailə fərdi üzvünə" bahalı mallar "hədiyyə etməyə" başlayacaq.

E. Hacı (2021-01-06 22:14:20)
Gətirə bilər. 800$dan baha mal olanda saxlaya bilərlər. Ondan ucuz kompüterdirsə (özü ilə gətirilən malın üstündə invoys yoxdursa, qiymətləndirməni gömrük mütəxəssisi təxmini aparır, malın klassına baxaraq - məsələn sadə laptopdursa, demək ki böyük ehtimal 800-dən ucuzdur hesab edir. 2020 macbookdursa, demək ki 800dən bahadır və.s.) Amma qutuda yəni upakovkada olmayan hər hansı şəxsi əşya olanda, təbii ki onun qiyməti artıq hesablanmayacaq və problemsiz buraxılacaq. (1 dənə olmaq şərtilə. Yəni gələn adam iki üç kompüteri qoltuğuna vurub bunlar hamsı şəxsi işlətdiyim kompüterlərdir desə, heç kim ona inanmaz)

Tekk (2021-01-06 18:14:47)
2-ci bir sual verim, Türkiyədən gələn Türkiyə vətəndaşı özü ilə bu kompüteri Azərbaycana gətirə bilər? yani buna görə yənə ondan vergi istəyəcəklər?

Tekk (2021-01-06 17:53:24)
Çox bərbad bir durumdu. Mənə heç vaxt xaricdən heç nə gəlməyib. Quruya görə yaşın da yanmağı düzgün hesab etmirəm. Kimsə qanunlardan sui istifadə edirsə icraçı orqanlar onlar haqqında tədbir görsün. Hədiyyə göndərən adam mənim ailə fərdimdi və Türkiyə vətəndaşıdı, həmçinin adam bu kompüteri aldıqda zatən vergi ödəyib, onu mənə gətirməsinə görə əlavə vergi ödəməsi heç məntiqli deyil.

E. Hacı (2021-01-06 13:38:41)
Bəli. Çünki əgər hədiyyə deyə bir bəndi istisna kimi qoysalar, camaat başlayacaq satın aldıqları malların üzərinə hədiyyə yazdırmağa.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Googledən hədiyyə

Hədiyyəyə qoşulmuşam pul ödəməliyəm

Hədiyyə qızıl boyunbağı gömrükdə necə bəyan etmək olar?

Amerikadan hədiyyə

Poçtla Hədiyyə Göndərmək