Whatsapp gizlilik yenilenme

Wp.ya bu gün gelen yenilenmeni qebul etdim gizlilikle elaqedar olanı, oxumadan. FaceBook işletmirem. Qebul etmeyimin mənə hər hansı tesiri olacaq?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Emin Mastizada (2021-04-13 21:37:30)
Facebook hesabınız üçün Facebook işlətməməyiniz fərq etmir. Facebook reklamları bir çox sayt və proqramlarda (məsələn, mobil oyunlarda) işlədilir. Reklam üçün məlumatı Facebook, Instagram kimi şəbəkələrdən yığırlar. Yeni razılaşma ilə Whatsapp üzərindən də sizin əlaqə nömrələrinizi, kimlərlə yazışdığınızı, nə qədər aktiv olduğunuzu, paylaşdığınız story-ləri, profile şəkillərinizi (şəkil üzərindən belə bir çox məlumat almaq olur, məsələn, eynək taxma, saç tökülməsi və s.). Daha sonra da bu cür məlumatlar reklam şirkətləri və ya fərqli məqsədli şirkətlər tərəfindən sizi hədəf almaq üçün işlədilir.