Elan sayıtı nece yarada bilərəm

Salam mən elan sayıtı yaratmaq isdeyirem necə yarada bilərəm pulsuz hansı sayıtları məsləhət görürsüz lalofo kimi elan sayıtı yaratmaq isdeyirem Birde blogspot.com saytında yarada bilərəm ? Və yaxud məsləhət bildiyiniz sayıt varsa zəhmət olmasa məlumat vererdiz zəhmət olmasa.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

SahlarNiftaliyev (2021-01-14 13:55:39)
Gəlin açıq danışaq. Siz lalafo kimi vebsayt açmaq istəyirsiz, xərc çəkmək istəmirsiz, sualın özünə baxdıqda isə aydın olur ki, heç bir proqramlama bilginiz yoxdur. Əvvəla onu deyim ki, blogspot kimi xidmətlərdə istədiyiniz vebsaytı yaratmaq mümkün deyil. Üstəgəl hətta free service tapsanız belə, şəxsən məni cəlb etməz ki, subdomen.esasdomen.com kimi uzun olan bir elan saytını istifadə edim. Vebsaytın sahibi öz işinə ciddi yanaşmırsa, mən necə onun xidmətini ciddi qəbul edib, istifadə edə bilərəm? Digər bir məsələ, tutaq ki, lap o da alındı, istifadəçilər də sayta daxil oldu, siz də təbii olaraq reklamdan və ödənişli elanlardan pul götürmək istəyəcəksiz. Bunu necə həyata keçirəcəksiz? İstifadəçi öz rahatlığı üçün mobil app istəyir ki, telefonundan girib rahatca istifadə etsin, bunun üçün nə maddi vəsait sərf etmək istəyirsiz, nə də texniki bilginiz var. Bir sözlə, pulsuz fikrini unudun. Kifayət qədər pul xərcləyib heç nə edə bilməyənlər var. Xərc çəkmədən pul qazanmaq ancaq yeni bir ideyayla, görülməmiş proyekt yaratsanız mümkün olar.