Parfum brendi yaratmaq

Salam. Öz parfum brendimi yaratmaq istəyirəm. Bunun üçün nələrə malik olmaliyam, mənə nələr lazimdi? Ətraflı məlumat versəniz sevinərəm. Öncədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2021-01-18 12:26:46)
Salam. istəyiniz çox yaxşıdır, uğurlar sizə. İlk öncə araşdırma aparmalısınız və məlumatların çoxunu özünüz toplamalısınız. Yaranacaq sualları isə artıq işini bilənlərdən soruşacaqsınız. Məsələn, hansı istiqamət üzrə başlaya bilərsiniz. 1. Parfumu haradan alacaqsınız - Alibabada gəzişib qiymətlərlə tanış ola bilərsiniz. Ki istehsalçılar topdansatış neçəyə düzəldir, qablaşdırır və.s. (sizin brend altında edirlər təbii ki. Siz onlara göndərirsiniz logo, qab dizaynı və.s. onlar da düzəldir.) 2. Gömrükdən keçirmə qaydaları və rüsumları öyrənirsiniz həm gömrüyün saytındakı qanunvericilik haqda yazılanlardan, həm də telefon dəstək xidmətinə zəng edərək. 3. MMC açmaq, bu sektorda vergilər və.s. barədə vergilərin saytında öyrənə bilərsiniz müvafiq saytlardan. və.s. Bütün bunlardan sonra artıq dəqiq roadmap müəyyən edə bilərsiniz özünüzə.