ebay sifariş gəlməyib

Salam,mən keçən ilin fevral ayında ,ebaydan ayrı ayrı mallar sifariş etməklə təxminən 130 dollarlıq sifariş etmişəm. Bundan bir müddət sonra bizdə karantin başladı və mən dəfələrlə poşta getsəm də, karantin vaxtı poçtların mərkəzi poçtdan göndərilmədiyini bildirdilər. Karantin bitəndə mallar gələcəkmiş. Buna görə də case açmağı insafdan görmədim. Çünki problem bizdən qaynaqlanırdı. Amma indiyə qədər də Yasamal poçtuna mallar gəlməyib. Bundan öncə həmişə ebaydan sifariş etmişəm,heç bir problem olmayıb. Belə halla qarşılaşan olubmu? Malların harda olduğunu necə bilə bilərəm. Təəssüf ki, malların ancaq order number və item number var,izlənmə nömrəsini tapa bilmədim.


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(23:49, 15/02/2021 ) #78357

Bu qədər müddətdən sonra malın gəlməsini gözləmək əlbəttə səhvdir. uzağı 2 aya gəlmədisə, deməli artıq itib mal. 90 gün müddətində şikayət edib pulu almaq olur. Amma sizdə gecdir. Nə pulu geri almaq olacaq, nə də ki mal gələcək

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:51, 25/02/2021 ) #78414

    İnanmazsız,amma sifarişlərin biri,ən az lazım olanı və ən ucuzu keçən həftə gəlib çıxdı. İndi burda günah kimdədir? Mənim fikrimcə, mərkəzi poçt saxlayıb, karantini bəhanə edib işləməyiblər. Ümid edirəm digər sifarişlərim də gələr. Ya da ki, kiməsə xoşdusa götürəcək özünə.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (01:17, 26/02/2021 ) #78420

      Doğrudan da inanılmazdır. Bu qədər müddətdir o mal hardaymış və necə olub kimsə onu çatdırmağa qərar verib, əsl möcüzədir. Təbriklər.
      Bundan sonra üçün dərs çıxarmaq olar amma, 90 gün tamam olmaq üzrə ikən artıq pulu geri almaq lazımdır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (2 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (3 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (3 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (3 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (4 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (15 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (16 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (16 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (16 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (24 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (24 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23233 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024