ebay sifariş gəlməyib

Salam,mən keçən ilin fevral ayında ,ebaydan ayrı ayrı mallar sifariş etməklə təxminən 130 dollarlıq sifariş etmişəm. Bundan bir müddət sonra bizdə karantin başladı və mən dəfələrlə poşta getsəm də, karantin vaxtı poçtların mərkəzi poçtdan göndərilmədiyini bildirdilər. Karantin bitəndə mallar gələcəkmiş. Buna görə də case açmağı insafdan görmədim. Çünki problem bizdən qaynaqlanırdı. Amma indiyə qədər də Yasamal poçtuna mallar gəlməyib. Bundan öncə həmişə ebaydan sifariş etmişəm,heç bir problem olmayıb. Belə halla qarşılaşan olubmu? Malların harda olduğunu necə bilə bilərəm. Təəssüf ki, malların ancaq order number və item number var,izlənmə nömrəsini tapa bilmədim.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2021-02-26 01:17:35)
Doğrudan da inanılmazdır. Bu qədər müddətdir o mal hardaymış və necə olub kimsə onu çatdırmağa qərar verib, əsl möcüzədir. Təbriklər. Bundan sonra üçün dərs çıxarmaq olar amma, 90 gün tamam olmaq üzrə ikən artıq pulu geri almaq lazımdır.

Zümrüd Zuzu (2021-02-25 16:51:45)
İnanmazsız,amma sifarişlərin biri,ən az lazım olanı və ən ucuzu keçən həftə gəlib çıxdı. İndi burda günah kimdədir? Mənim fikrimcə, mərkəzi poçt saxlayıb, karantini bəhanə edib işləməyiblər. Ümid edirəm digər sifarişlərim də gələr. Ya da ki, kiməsə xoşdusa götürəcək özünə.

Software Developer (2021-02-15 23:49:31)
Bu qədər müddətdən sonra malın gəlməsini gözləmək əlbəttə səhvdir. uzağı 2 aya gəlmədisə, deməli artıq itib mal. 90 gün müddətində şikayət edib pulu almaq olur. Amma sizdə gecdir. Nə pulu geri almaq olacaq, nə də ki mal gələcək

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

We send as a “GIFT”

Ebay Tablet datakart

Sim kartlı tablet seçmək

ebayda ödəniş necə edilir?

Auction Ebay

eBay seller