Kompyuter almaq istəyirəm.

Hər vaxtınız xeyir olsun. 1500-2000 azn dəyərində, proqramlaşdırma üçün hansı kompyuteri məsləhət görərsiniz?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Mabusaki (2021-03-06 16:41:15)
Salam. Proqramlaşdırma deyəndə nəyi nəzərdə tutursunuz , adi visual studio kimi proqramlar mı , yoxsa videokart və ya prosessor üzərinə ağır yük mindirən software lər mi ? Çünki proqramlaşdırma üçün pc istəyirəm deyən insanların çoxusunun nəzərdə tutduğu proqramlar adi proqramlaşdırma dilləri olur. Bunun üçün sizə çox da bahalı kompyuter lazım deyil. Təbii ki büdcənizdən asılı olaraq nə qədər istəsəniz o qədər də güclü kompyuter ala ya da yığa bilərsiniz . Lakin günümüzdə güclü kompyuter əsasən güclü oyunlar üçün lazım olur , hansı ki, videokart və prosessorun və ya sadə dildə desək bütün sistemin üzərinə xətrisayılar dərəcədə yük mindirir. Sadəcə diqqətli olun ki, alverçi dostlarımız sizə proqramçı kompyuteri adı ilə , çox utopik qiymətlərdə , köhnə 3-4-6-7 ci nəsil ya da daha köhnə intel prossesoru olan , elə onnan da yavaş videokartı olan toster satmasınlar. Yazdığınız qiymətdə ən son , 10 cu nəsil intel ya da 3 cü nəsil ryzen prosessorlu , gtx 1650-1660 videokartlı sistem toplamaq mümkündür. Amma bu qədər güclü komputerdə hansı proqramları istifadə etməyiniz yenə də sizə qalır.