Salam. Eşitdim ki, burada təcrübəli insanlar var. Qərar verməzdən əvvəl məsləhətinizi almağım pis olmaz. Deməli, daha çox rus dilinə simpatiyam var. Həm də ədəbiyyatsevər olaraq rusların klassikadakı gücünə bələdəm. Dili bilib oxuyanlar deyir, tərcümələri də çox keyfiyyətli olur. Bir yaxşı cəhət də qonşu ölkəmiz və vizasız olmağıdır. Ölkəmizdə də geniş istifadə olunur. Praktika üçün kifayət qədər kanallar var. Lakin internetdə yarıdan çox ( 2016-ya görə 53,2% ) informasiya ingiliscədir. Ruscada isə ( 6,4% ) olsa da 2-ci sıradadır. İşimə görə heç bir dil lazım deyil. Sadəcə qiraət, film, podcast və sairə üçün istəyirəm. Dilin asanlığını da nəzərə alaraq, belə situasiyada hansını seçərdiniz?!
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Dilin asanlığına qalsa təbii ki İngilis dilini seçərdim və belə də etmişəm. Əgər heç rusca bilmirsinizsə , Rus dili öyrənmək biraz çətin ola bilər (ən azından belə deyirlər). Amma gündəlik danışıq üçün və hətta biraz daha dərin ingiliscə məncə daha az vaxtınızı alardı. Həm də günümüzdə dünyada İngilis dilində danışanların sayı daha çoxdur. Rus dili əsasən bizim kimi keçmiş SSSR i ölkələrində daha yayğındır.
0
Vaxt ayırıb fikir bildirdiyiniz üçün minnətdaram.
Rus dilinin qrammatik çətinliyi barədə eşitmişəm. Xüsusilə, türklərdən. Sadəcə fikirləşdim ki, keçmiş SSSR ölkəsi olmağımız öyrənmə prosesini asanlaşdıra bilər. Azərbaycanlı biri, rus dilinin qrammatikası bizimkinə daha yaxındır, demişdi. Məs: İngilislərdə 16 zaman varsa, ruslarda 3-dür. Sizin dediyiniz kimi ingilis dili daha üstün, asan və daha çox informasiyaya çatdıracaqsa, onda onu öyrənməliyəm. İndi düşünürəm ki, rus dilini öyrənmək çətindirsə, bir tərəfdən də klassik ədəbiyyat oxuya biləcək səviyyəyə gəlib çatmağın çətinliyi var. Adicə türkcə bir az bilirəm, amma, akademik səviyyədə bilmədiyim üçün bu dildə bədii əsər oxumaq əziyyət verir.
1
5 fərqli dili bilən biri olaraq Rus dilinin qrammatikasının digərlərinə görə daha çətin olduğunu düşünürəm. Həmçinin, bəzi ədəbi əsərləri oxuyabilmək və keçmiş SSRİ ölkə vətəndaşlarının bir hissəsi ilə qeyri-folmal ünsiyyət xaricində Rus dilinə ehtiyyac olmur. İngilis dili beynəlxalq qebul edilmiş dil olduğu üçün dünyanın hər yerində işlədilir və bu dildə olan məqalə sayısı daha çoxdur.
Sual verin
Cavab verin