İngiliscə aksent seçimi

Salam. Bəziləri aksent vacib deyil, bəziləri də önəmli olduğunu deyir. Daha asan və qloballığına görə çoxları Amerikan aksentini seçir. Əksəriyyət də original və qulağa xoş gəlir deyə Britaniya ( İngiltərə ) aksentini dəstəkləyir. Elə kurslarda da Britaniya aksentidi öyrədilən. Gələcəkdə fikrim olsa Amerikaya getməyi daha çox istəyərəm. İndi səyahət, iş üçün də deyil, sadəcə informasiya ( podcast, film, kitab, məqalə ) bolluğu lazımdır mənə. Bu barədə ətraflı yazan olsa şad olardım. Çox sağ olun!

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Gnc (2021-03-25 01:19:31)
Login111111, bəs sıfırdan müstəqil şəraitdə öyrənmək nə dərəcədə realdır? Biri bu barədə demişdi ki, ən azından a1-a2 levelə kimi kursa getmək, kömək almaq lazımdır. Sizcə xaricidil.net saytı, voscreen, quizlet, tureng dictionary, google translate tətbiqləri, lüğət kitabı və "youtube"-dakı bol materiallarla və bir az da səylə çalışsam, bu dili özüm öyrənə bilmərəmmi? Yoxsa çox zamanımı alar deyə, kursa getməyi məsləhət görürsünüz? Çox sağ olun.

Login111111 (2021-03-20 00:04:40)
Lehceden cox dilin ozune fikir verin. Eger siz danisdiqda dediyiniz tam anlasilandirsa, lehcenin bir ferqi yoxdur. Sozlerin duzgun teleffuzune geldikde ise tovsiyye ederemki Britishi secesiniz cunki dilin esli ordan gelir.

hqart (2021-03-13 08:30:11)
kitapları rahatliqla tapa bilersiz olkemizde.men ozumde istifade edirem

hqart (2021-03-13 08:27:08)
Salam.mence American aksenti öyrenmeyiniz meslehetdir. hem iş seyahatleri üçün daha faydalı ,hem de informasiyalarin coxu bu aksentde tapilir.esas olaraq öğrenmesi daha asandir ve lazimsiz uzatmalar və ya telefuzler drn istifade olunmur

Gnc (2021-03-12 22:15:24)
Elə belə pdf axtardım. Red Murphy əvəzinə, Raymond Murphy çıxır, deyəsən eynidi. O birisi təklifinizdəki də 3 səviyyəlik kitabdı. Çox sağ olun. Bəs, bunları ölkədaxilində tapa bilərəm? Yazardınız zəhmət olmasa. Sıfırdan başlayıram öyrənməyə. Memrise, duolingo ilə söz bazası yığandan sonra bu kitabları tapmaq istərdim. Təəssüf ki, kurslarda Amerikan ingiliscəsi öyrədilmir.

MahammedDemirov (2021-03-12 17:56:04)
American English seçin. British English məktəb, unidə tədris etmək üçün yararlı sayıla bilər. Hal-hazırda əksər yerdə Amerikan English tətbiq edilir. Öyrənmək üçün Red Murphy, Oksford skills basic kitabları ilə başlayıb sonra bu kitabların digər levellərinə keçid edə bilərsiniz

Gnc (2021-03-11 10:37:31)
Çox sağ olun. Bəs ölkəmizdə öyrədilən Britaniya ( İngiltərə ) aksentidi. Lüğət kitabları da bu ləhcədə olur. xaricidil.net saytı, voscreen kimi proqramlar da Britaniya ingiliscəsi öyrədir. Amerikan ingiliscəsinə yönəlsəm, qrammatika və lüğətlə bağlı nə məsləhət görərdiniz? Yeri gəlmişkən işimə görə heç bir dil lazım deyil.

hqart (2021-03-10 23:13:29)
Salam.mence American aksenti öyrenmeyiniz meslehetdir. hem iş seyahatleri üçün daha faydalı ,hem de informasiyalarin coxu bu aksentde tapilir.esas olaraq öğrenmesi daha asandir ve lazimsiz uzatmalar və ya telefuzler drn istifade olunmur