18 yaşdan aşağı Freelancer

Salam Aleykum. 15 yaşda Fiverr Freelancer.com və ya başqa bu kimi saytlarda freelancerlik etmək olar? Olarsa, ödəniş qəbulu üçün hansı kartdan istifadə etmək olar Və Dropservising və ya Dropshipping bu yaşdan başlamaq olar?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Emin Mastizada (2021-04-13 20:43:10)
Bu saytların müştəri razılaşması mətnini oxumaq lazımdır. Əksər hallarda 18 yaş limiti qoyulur. Sizin yerinizə valideyn hesab aça bilər bəzi hallarda. Amma, gələn işlər arasında 18 yaşın altına uyğun olmayan işlərin də olma ehtimalına qarşı bir çoxu buna icazə vermir. Bu cür saytlarda birbaşa Azərbaycandakı hesablara ödəniş almaq olmur (əksər hallarda), bu səbəbdən, Payoneer kimi fərqli xarici hesablar lazım ola bilər, onlarda da 18 yaş limiti mövcuddur. Gəlir əldə edildiyi üçün vergi ödənməlidir, bunun üçün vergi hesabı açılmalıdır, bunun necə edildiyini vergi nazirliyindən öyrənmək lazımdır, valideynə icazə verilə bilər, amma 18 yaşın altında olanlar əksər hallarda birbaşa öz adlarına iş qura bilmirlər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Freelancer saytindan pul chixartmaq

Frilanserlər üçün iş

Freelancer ödəniş məlumatları

Freelancer WordPress developer kimi iş tapmaq

Hansı ölkədə vergi verməliyəm?

www.freelancer.com iş prinsipi haqqında