Adsense vergi formunu doldurmaq

Salamlar. Bildiyimiz ABŞ höküməti adsense vergisi almaqla bağlı yeni bir vergi anlaşması yaradıb. Formu dolduranlar və ya maraqlananlarla burada müzakirə edə bilərik. Məsələn mənim suallarım var: 1. Vergi formunu doldurarkən orada (Türkcə) "Vergi mükellefi kimlik numarası" bəndi var. Biz ora adımıza olan VÖEN nömrəsini mi yazmalıyıq yoxsa, boş saxlanmalıdır? Çünki orada həmçinin "Uluslararası TIN" deyə bir bənd də var. Anlamadığımçün qərarsızam. 2. Həmən formun 3-cü bəndində "ABD ile vergi anlaşması kapsamında hak talep edilen ülkede ikamet ediyor" deyə bir keçid var. Həmən siyahıda olan ölkələr arasında Azərbaycanın da adı vardır. indi biz burada hansı bəndi seçək? Əlavə kimin də sualı varsa müzakirə edək. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2021-03-17 17:22:21)
1. Ora hər hansı rəqəm də yazdıqda google qəbul edəcək. Çünki w8 formasında Google üçün önəmli olan tək şey odur ki, siz amerikada biznes sahibi deyilsiniz. Qalan şeylər onun üçün çox da maraqlı deyil. 2. Bəli, VÖEN açdırmaq qanunla zəruridir. Harada işləməkdən asılı olmayaraq(təbii ki, sahibkarlığı qadağan edən yüksək vəzifəli şəxs olmaq istisnadır). Vaxtilə mən də dövlət işində işləyərkən VÖEN açdırmışdım. Biri o birinə mane olmur.

Basat (2021-03-17 13:49:47)
1. Forumda yazıldığı kimi VÖEN haqda bildiriş yazmaq vacib deyil, olmasa da olar. 2. Belə bir mənfi bir xüsusiyyəti yoxdur bunun. Sadəcə gəlir əldə edirsizsə vergilərə qeydiyyat olub vergi ödəmək daha məsləhətlidir.

Hesen Bayramov (2021-03-15 01:02:35)
Salam. Birçoxumuzu maraqlandiran mövzuya toxunmusunuz. Mənədə maraqlı olan suallar var bilənlər köməklik etsələr yaxşı olar. 1 - ci sualım mənim VÖEN-im yoxdur və VÖEN olmadan Adsensedeki vergi formunu doldura bilərəmi? 2 - ci sualım mən dövlət işində işləyirəm kanalım üçün öz adıma VÖEN açdırmağım qanunudurmu?