Ana kart,ram,cpu mhz tezliklərinin tənzimlənməsi necə olur?

Salam Aleykum. Bir Ana Kartın məlumatında onun max 4000 mhz dəstəklədiyini yazır məsələn. Mən əgər 4 slotlu bir ana karta (64gb dəstəkli) 4 ədəd 2400 mhz tezliyin işləyən ram qoşsam bu halda bunun işəmə sistemi 2400×4=9600 olur yoxsa əksinə 2400 mhz 4 yere bölünür? Yaxudda 2400 olaraq qalır neçə ram taxsamda? Bundan əlavə Proç özünündə məsələn dəstəklədiyi 1600 mhz dirsə.Ona 2400 ram qoşmağın bir mənası var və bunu hansı zərərləri toxuna bilər proçessora? (Yaxudda heçnə olmazmı, yəni 1600 dəstəkləyirsə proç ana platada həmin dəyərimi verəcək?)

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Emin Mastizada (2021-04-13 20:34:14)
İnternetdə əksər Mərkəzi Prosessorların (CPU) dəstəklədikləri RAM növlərinə baxmaq mümkündür. Anakartda göstərilən maksimum frekans hər bir slot üçündür, taxılan RAM sayıları fərq etmir. Əgər 1600Mhz dəstəkləyən yerə 2400Mhz olan RAM kartı taxsanız, yenə də 1600Mhz sürəti ilə işləyəcək, çünki, bu həmin prosessorun və ya anakartın maksimum məlumat mübadilə sürətidir. Problem ola biləcək şeylər: 1. Eyni anakarta fərqli frekanslarda RAM taxmaq. 2. DDR növü uyğun olmayan RAM taxmaq. 3. CPU ilə uyğun olmayan frekanslarda RAM taxmaq (çox az ehtimalı olan bir problemdir)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notebook Ram 99%

Aliexpress saxta ram.

Kompyuterin RAM-ı

XP-dən Windows-7-yə keçmək

lenovo noutbukuma maksimum nә qәdәr ram taxa bilәrәm?

RAM SEÇİMİ