Colibrinin Çindən sifariş xidməti var. Sifarişimi verdim bir xarici saytdan, sonra onların Hongkong ünvanına yolladım.
Tracking kodun “çatdırıldı” dediyi tarixdən 1 həftə keçdi, amma saytda heç nə göstərmirdi.
Onlarla əlaqəyə keçdim, məndən invoice istədilər.
Göndərdim. Dedilər ki, invoice-ı anbarlarına göndərib dəqiqləşdirəcəklər.
Bundan sonra səsləri gəlmədi.
Sifarişin “çatmağından” 3 həftə keçdi, hələ də səs gəlmədi. Emailimə də cavab yazmırlar artıq.
Bugün saytlarına girdim, artıq Çindən sifariş xidmətini yığışdırıblar.
Ödənişi Colibriyə yox, Çindəki mağazalara etmişəm.
Nə etməliyəm? Belə hal başına gələn var?
Sual verin
Cavab verin