İnternete fayl yüklərkən hansı protokol istifadə olunur ?

Tutaq ki biz browserden youtube'a video upload edirik . Bu zaman hansı protokol işə düşəcək ?TCP mi UDP mi ?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Emin Mastizada (2021-04-13 20:17:38)
UDP (User Datagram Protocol) güvənilir əlaqələr üçün deyil. Böyük həcimli fayllarda göndərən (faylı yükləyən) balaca hissələr halında (chunk) göndərir, alıcı da (endirən) bu balaca hissələri bir-bir alıb sonradan birləşdirir. UDP ilə göndərdiyinizdə bu hissələrin bir hissəsini itirmiş olma ehtimalınız çox yüksəkdir və protokolun dizaynı gərəyi nə siz, nə də faylı qəbul edən hansı hissələrin itdiyini bilə bilməyəcəksiniz. UDP ancaq bir tərəfli göndərir və məlumatın qarşı tərəfə çatıb-çatmamasını yoxlamır. Bu problemlərin qarşısını almaq üçün göndərilən hər hissəni yoxlayıb hər iki tərəfdə təsdiqləyəcək bir protokol işlədilir, əksər hallarda bu TCP-dir. Buna fərqli alternativlər də var, UFTP kimi və ya yeni-yeni çıxan HTTP/3(QUIC), bunlar da UDP-nin bəzi özəllikləri ilə TCP-nin məlumat təsdiqləmə mexanizmlərinin qarışığını işlədirlər. Youtube kimi əksər saytlar hazırda TCP işlədirlər (HTTP/1.1 və HTTP/2 protokolları TCP işlədirlər, HTTP/3 QUIC işlədir, amma hələlik ancaq test üçündür)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Tcp IP necə edim?

UDP port haqqında

FreeBSD DOS-un qarşısı alınması