Bank debet kartımdan özbaşına məbləğ çıxır. Məhkəməyə effektiv şəkildə hansı qaydada müraciət edə bilərəm?

Salam. Xarici saytdan – “newegg”dən məhsul olaraq (xidmət deyil) RAM sifariş etmişəm və Xalqbank 18% ƏDV tutub. Üstəlik çıxılan məbləğ istər internet bankingdə, istərsə də mobil bankingdə göstərilmir. Yəni balansınızdan xəbəriniz olmasa, ödəyə-ödəyə gedəcəksiniz. Bilməyənlərə məlumat üçün bildirirəm ki, 18% ƏDV xaricdən yalnız xitmətdən yararlanmağa-isifadəyə görə tutulur. Bu bank ilk dəfə bu halı təkrarlamışdı və iradımı bildirdim. Bu ikinci dəfədir. İndi məhkəməyə effektiv şəkildə hansı qaydada müraciət edə bilərəm və təzminat davası aça bilərəm.


Sualı yadda saxla
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(14:24, 18/04/2021 ) #78545

E-ticarətdə təsnifat kodları olur ödənişlərdə, əgər tangible(əllə toxunulan) mal kodu yoxdursa, bizim banklar ƏDV tutur – yəni təqsir böyük ehtimal newegg-də ola bilər, amma bankda da ola bilər bəli, texniki xəta deyək.
Məndə də olub 1-2 il əvvəl buna bənzər şey. Banka müraciət edib ödəniş tarixini dedim, dərhal həll etdilər.

Digər məsələ də var. Məsələn bir dəfə hansısa məbləğdə xidmət almışdım, ƏDV çıxmışdı. Sonra xidməti ləğv edib refund alanda ƏDV təbii ki qaytarmadılar. Çünki elə bir inteqrasiya heç qurmamışdılar(yəqin ki indi də elədir). Yəni müraciət etmədikdə o məbləğ də uçur gedir. Mən müraciət edib onu da geri almışdım.

Məhkəməyə gəldikdə isə – fərdi olaraq bu sizə sərf etməz əlbəttə. Amma məhkəməyə müraciət edib bu tipli halları kökündən həll etdirə bilsəz, əlbəttə hər kəs üçün gözəl bir iş görmüş olarsınız. Vəkilə müraciət etməniz və məsələni izah etməniz lazımdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

sshdeb cavab verdi - Publisherdə səhifə parametrini dəyişmək (2 gün əvvəl)

sshdeb cavab verdi - php java html css phoyton (2 gün əvvəl)

sshdeb cavab verdi - Aliexpress sifariş (2 gün əvvəl)

sshdeb cavab verdi - Poçtla başqa ölkəyə necə əşya göndərmək olar? (2 gün əvvəl)

sshdeb cavab verdi - İnternet qazanc üçün voen (2 gün əvvəl)

sshdeb cavab verdi - Paypal - Gürcüstanda bank - nağdlaşma (2 gün əvvəl)

Ilkin.adiyev cavab verdi - Adaense hesabımdan çıxan pul bana gəlmədi (2 gün əvvəl)

Software Developer cavab verdi - payoneer üçün adress təsdiqləmə (2 gün əvvəl)

Software Developer cavab verdi - Adaense hesabımdan çıxan pul bana gəlmədi (2 gün əvvəl)

Software Developer cavab verdi - Online Ödəniş API (2 gün əvvəl)

Software Developer cavab verdi - Paypal - Gürcüstanda bank - nağdlaşma (2 gün əvvəl)

Tamerlan Mammadov cavab verdi - Gömrük bir nəfər üçün neçə sifarişə icazə verir? (2 gün əvvəl)

Hasan2021 cavab verdi - Gömrük rüsumu (6 gün əvvəl)

Hasan2021 cavab verdi - import gömrüyündə saxlanılıb (6 gün əvvəl)

K.Kerimov cavab verdi - Gömrük bəyannaməsi (7 gün əvvəl)

Software Developer - 612 xal

E. Hacı - 604 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 432 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 22550 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2020