Bank debet kartımdan özbaşına məbləğ çıxır. Məhkəməyə effektiv şəkildə hansı qaydada müraciət edə bilərəm?

Salam. Xarici saytdan - "newegg"dən məhsul olaraq (xidmət deyil) RAM sifariş etmişəm və Xalqbank 18% ƏDV tutub. Üstəlik çıxılan məbləğ istər internet bankingdə, istərsə də mobil bankingdə göstərilmir. Yəni balansınızdan xəbəriniz olmasa, ödəyə-ödəyə gedəcəksiniz. Bilməyənlərə məlumat üçün bildirirəm ki, 18% ƏDV xaricdən yalnız xitmətdən yararlanmağa-isifadəyə görə tutulur. Bu bank ilk dəfə bu halı təkrarlamışdı və iradımı bildirdim. Bu ikinci dəfədir. İndi məhkəməyə effektiv şəkildə hansı qaydada müraciət edə bilərəm və təzminat davası aça bilərəm.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2021-04-18 14:24:41)
E-ticarətdə təsnifat kodları olur ödənişlərdə, əgər tangible(əllə toxunulan) mal kodu yoxdursa, bizim banklar ƏDV tutur - yəni təqsir böyük ehtimal newegg-də ola bilər, amma bankda da ola bilər bəli, texniki xəta deyək. Məndə də olub 1-2 il əvvəl buna bənzər şey. Banka müraciət edib ödəniş tarixini dedim, dərhal həll etdilər. Digər məsələ də var. Məsələn bir dəfə hansısa məbləğdə xidmət almışdım, ƏDV çıxmışdı. Sonra xidməti ləğv edib refund alanda ƏDV təbii ki qaytarmadılar. Çünki elə bir inteqrasiya heç qurmamışdılar(yəqin ki indi də elədir). Yəni müraciət etmədikdə o məbləğ də uçur gedir. Mən müraciət edib onu da geri almışdım. Məhkəməyə gəldikdə isə - fərdi olaraq bu sizə sərf etməz əlbəttə. Amma məhkəməyə müraciət edib bu tipli halları kökündən həll etdirə bilsəz, əlbəttə hər kəs üçün gözəl bir iş görmüş olarsınız. Vəkilə müraciət etməniz və məsələni izah etməniz lazımdır.