İnternet qazanc üçün voen

Salam. Mən internetdən pul qazanıram upwork və s. saytlardan, və o pullar mənim payoneer hesabıma oturur. İndidə bizim karta keçirtmək istəyirəm, banklar deyirki bunun üçün fərdi sahibkar hesabı açılmalıdır və əvvəlcədən voen açmalıyam. Bunun üçün sadələşdirilmiş voen açdırmaq lazımdır? Cünki mən vergilərə zəng etdim mənə dedilər sadələşdirilmiş deyil 4% vergidi birdə sosial 70 manata yaxin 10 manata başqa nəyəsə görə dedilər. Vegidən heç başım çıxmır yəni bu qədər vergini mən hər ay ödeməliyəm ya ancaq kartıma pul gələndə? Kimdə internet qazancla bağlı voen varsa xahiş məsləhət verin necə olur bu işlər:)

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Triste (2021-11-26 21:51:44)
Qardaş salam. Bir məlumat verəsiz VOEN üzrə. Pulunu göturə bildiz? Voen LƏ BAGLİ NƏLƏR ORGƏNDİZ?

Гюля Гусейнова (2021-05-31 20:41:15)
Mən getdim asan xidmətdə açdırdım voen, mene dediler sadeleşdirilmişdir 2% ve 62.50azn sosial, 10 aznde sigorta ancaq dövriyye olan aylarda çıxılacaq. Bankada ferdi sahibkar hesabı açmaq üçün sorğü göndərmişəm hələki cavab gözləyirəm. Bu ay hesab açım pulu göndərəcəm, amma bilmirəm rüblük necə hesablanır? Məsəl üçün mən iyunda pul alacamsa və alan kimidə ödəyəcəm vergini, və növbəti aylarda qazanc olmasa nə vaxta kimi hesabat verimki cərimə olmayım?

E. Hacı (2021-05-31 19:11:27)
Gəlir vergisidir. Sadələşmiş yalnız 2%dir. Mikrosahibkarlıq olması isə biznesin dövriyyəsindən asılıdır. İllik 200 min azn-ə qədər mikro olur bəli, ona görə də 5% olur güzəştlə.

sshdeb (2021-05-31 14:48:12)
5% dediyiniz artıq sadələşdirilmiş vergidir? yoxsa mikro sahibkarlıq gedir? dediyiniz kimi sadələşdirilmiş vergi verə bilmək üçün fəaliyyət sahəsi vətəndaşlığa xidmətlə bağlı olmalıdır. Əgər 5% vergi dediyiniz mikro sahibkarlıqdırsa bu halda dövlət güzəşt etdiyi üçün 5%dir, yoxsa 20% olmalıdır.

E. Hacı (2021-05-29 17:53:46)
hazırda hər yerdə 2%dir, Bakı daxil. Sadəcə olaraq sadələşmiş vergi yalnız vətəndaşlara xidmət edənlərə düşür(məs. bərbər, əl işi görən sənətkar və.s.) - qalan hər kəs 5%liyə düşür. O cümlədən də internetdən pul qazanan freelancerlər

sshdeb (2021-05-29 16:12:27)
Bildiyim qədərilə çox məhdud sahələr sadələşdirilmiş vergi ödəyə bilər və sadələşdirilmiş vergi Bakı şəhərində 4%, digər şəhər və rayonlarda 2% təşkil edir. Upworkdən qəbul etdiyiniz illik gəlir 200.000 manatdan azdırsa siz mikro sahibkar kimi VÖEN aça və 5% vergi ödəyə bilərsiz.

Ismayıl Qurbanov (2021-05-18 03:36:03)
4 deyil 2 % Sadələşdirilmiş vergi 62.5 Azn DSFM Ödənişi yəni sosial və 10 azn Sığorta ödənişi edilir. 3 aydan bir hesabat verməlisiniz. Sadələşdirilmiş vergi və sosial ödənişi 3 ay sonunda 4cü ayın maksimum 20 sinə qədər 20 si daxil deyil ödəniş etməlisiniz. Qaldı ki sığorta ödənişi aylığ edilir

sshdeb (2021-05-08 01:53:33)
Bu linkdən suallarınızın bir qisminə cavab tapa bilərsiniz - link

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Müvəqqəti VÖEN açmaq

Gömrük bəyannaməsi

Yayimla.az saytindan nece istifadə etmək olar?

Ticarət məqsədilə gətirilən mallar gömrük rüsumu

Vöen açmaqın mene ne kimi xeyri ola biler?

Aviabilet alakən vergi