Dostumla MMC yaradarkən nələr diqqət etməliyik

Hər vaxtınız xeyir, Dostumla MMC təsis etmək istəyirik. İnanıramki bu mövzuda məsləhətlərinizi əsirgəməyəcəksiniz. Hər ikimiz eyni işi görəcəyiksə Hissə payı 51\49 hansımızın üst paya sahib olmasını seçmək üçün hansı kriteriyaları nəzərə almalıyıq? Hüquqi şəxslərə daha çox məbləğdə cərimələr tətbiq olunursa MMC açarkən hüquqi şəxs statusu almağımız nəyə lazımdır? Nəzərə alsaqki Hüquqi şəxslər üçün təyin olunan sosial cərimələrin miqdarı daha yüksək olur. Öncədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2021-05-20 15:09:10)
Hər hansı hüquq məsləhətxanasına müraciət etməklə müəyyən ödəniş qarşılığında sizin üçün bütün sənədləri hazırlayarlar. Yəni burda bir iki sual cavabla olmaz bu iş. Detallar çoxdur və işi biləninə həvalə etmək lazımdır. Hüquqi şəxsə gəldikdə isə - MMC elə hüquqi şəxs deməkdir - yəni burada sizin edə biləcəyiniz hansısa seçim yoxdur. Fiziki şəxs - tək şəxsin sahibkarlıq fəaliyyətinə deyirlər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Şirkət Açmaq Vergi

MMC-nin Hüquqi Ünvanı

Sürücülük vəsiqəsi

Təşkilati hüquqi forma

MMC yaratmadan kurs açsam sertifikat verə bilərəm?

Əcnəbi radar cəriməsinin olmağını necə oyrənə bilər