Adsense dən nə qədər vergi tutulur?

Salam.Mənim adsense hesabımda 926 dollar pul var.Vöen açdırmışam.2 gün sonra isə vöenə bağlı hesab və hesaba bağlı kart açdıracam.Sizcə pul gələcək bu zaman? (Azərbaycan Beynəlxalq Bankı) Bəs bilmirsiniz nə qədər vergi verməliyəm hər ay? Xaiş edirəm, ətraflı cavablardırardınız.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2021-06-04 17:58:33)
Vergi avtomatik çıxılmır. 3 ayda bir bəyannamə doldurub göndərirsiz, məbləği də özünüz yazırsınız(yəni məbləği nə qədər yazmağı özünüz təyin edirsiniz hesablayaraq, düzgün yazdığınıza məsuliyyəti özünüz daşıyırsınız, hər hansı yoxlama olmur hər dəfə). Sonra da online və ya terminal ilə vergini VÖEN-izi daxil edərək ödəyirsiniz. Sosial minimum əmək haqqının 25%-i olmalıdır, hardasa 56 azn edir deyəsən aylıq. 1500 manata 75 manat gəlir vergisi edir. Aylıq 56 azn də sosial(VÖEN aktiv olduğu müddətdə.). VÖEN lazım olmadıqda dondurmaq lazımdır ki borc yazılmasın.

Ramin Qasimov (2021-06-04 16:06:29)
Çox sağolun cavab üçün.Məndə vöenlə bağlı kartdı. İndi hər dəfə vergi avtomatik çıxılacaq, yoxsa mən harasa ödəməliyəm? Birdəki Aylıq sosial nə qədər olar təxmini? Mən intermetdən araşdırıb hesabladım 1500 manata təxmini toplam 260 manat edir. Bəlkədə səhv araşdırmışam.

E. Hacı (2021-06-04 15:41:39)
Vergi 5% verməlisiniz. Bir də aylıq sosial. Mühasib ilə məsləhətləşin, Və ya özünüz 195-ə zəng edib ətraflı məlumat ala bilərsiniz. Bank hesabına gəlməsi üçün USD hesab açmalısınız (əgər adsense sizə pulu avro ilə ödəyirsə, o zaman avro hesab). AZN hesaba göndərməyin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebaydan pulumu necə alım

Youtube və adsense ilə bağlı sualim var.

Adsense saytın təsdiqlənməsi

Payyer hesabından pul çıxartmaq?

Expatlar kimə vergi verməlidirlər?

Eticarətdə vergi nə qədərdir?