salam
Aztelekom istifadə edirəm yəni ADSL
deməli məndə tp link 1 antenalı modem vardı və işığı tez tez yanəb keçirdi (bütün işıqları) ,həm də köhnə idi ona görə də qərara aldım ki yeni modem alım. internet üzərindən tenda d305 modemini aldım qiyməti 31 manat göndərilmə ilə birlikdə 42 manata başa gəldi. mademi ustanovaka elədim, 1-2 saat yaxşı işlədi sonra isə çox zəif işləməyə başladı sürəti əvvəllər 190 kbit idisə indi oldu 40 kbit. amma əvvəlki modem köhnə olmasına baxmayaraq sürətli işləyirdi. yeni modemi ethernet kabeli ilə də yoxladım yenə də sürət zəif.
indi fikirləşirəm ki görəsən bu modemə görədir belə zəif sürət yoxsa xətt ilə əlaqəlidir
bu modemdən istifadə edənlər varmı aranızda?
çıxış yolu kimi nə məsləhət görürsüz?
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
0
Salam,böyük ehtimal xəttəndir.Tövsiyyə edirəm ki,provayderinizlə əlaqə saxlayasınız.Çünki,siz hər şeyi etmisiniz,əslində modem problemsiz işləməlidir.Əgər provayderdə sizə kömək etdiktən sonra problem davam etsə,deməli düzgün quraşdırmamısınız.
0
təşəkkür edirəm, provayderə müraciət etmişik gözləyirik görək
sadəcə belə bir şey fikirləşirəm ki həmin modem azərbaycandan deyil türk saytı olan n11.com-dan almışam burdakı qiymət 60 manat idi ona görə n11-dən aldım endirimlə 42-azn-ə aldım.ola bilərmi ki o modem türkiyə üçün uyğunlaşdırılıb ona görə belə zəif işləyir
0
İnanmıram belə bir şey olsun.Onsuz Azərbaycana gələn modemlərin 90 %-ı xarici ölkələrdən və Türkiyədən gəlir.Özüdəki modemi yanlız siz uyğunlaşdıra bilərsiniz.Çünki,o modem siz almamışdan əvvəl heç vaxt çalışmamış,quraşdırılmamış modem olub.Siz isə onu evə gətirib özünüzə uyğun quraşdırırsınız.Bizim provayderlərdə Allah bilir nə vaxta cavab verəcək.
0
təşəkkür məlumat üçün
0
Provayderdən cavab gəldi ?
0
hələ ki yox
Sual verin
Cavab verin